Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiq edib.
Məcəlləyə aşağıdakı dəyişikliklər edilib:
1. 79.1.5-ci maddədə "reklam qurğuları istisna olmaqla,” sözləri "bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə” sözləri ilə əvəz edilsin.
2. 81.1-ci maddənin birinci cümləsində "ölçülərindən asılı olmayaraq” sözləri "reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilsin.
3. 81.1.3-cü maddəyə "mülkiyyət” sözündən sonra "hüququnu, yaxud "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
4. 81.1.6-cı maddədə "torpaq” sözü "daşınmaz əmlak” sözləri ilə əvəz edilsin və həmin maddəyə "ərazinin” sözündən sonra "rəngli fotosu və” sözləri əlavə edilsin.
5. 92-1.1-ci maddəyə "qurum” sözündən sonra "tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.
6. 101.2-ci maddəyə hər iki halda "reklam” sözündən əvvəl "tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.