Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vüqar Ələkbərov “Çıraq” otelini icarəyə veribmiş

Vüqar Ələkbərov “Çıraq” otelini icarəyə veribmiş
“Vüqar Ələkbərov şəxsi mülkiyyəti olan “Çıraq” otelini 2011-ci ildən başqa şirkətə icarəyə verib”. Bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, otelin necə işlədilməsi, qiymətlərin qoyulması məsələsinin Vüqar Ələkbərova heç bir aidiyyəti yoxdur. Elnur Kələntərov onu da əlavə edib ki, Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Vüqar Ələkbərov İsmayıllı və digər rayonlarda Azərbaycan milli komandasının təlim-məşq toplantılarını keçirir. Onun sözlərinə görə, Azərbaycan cüdo komandasının üzvləri, həmçinin digər idman komandaları müəyyən vaxtlarda həmin oteldə toplanışlarda iştirak ediblər, lakin hadisə baş verən zaman oteldə federasiyanın üzvləri, o cümlədən Vüqar Ələkbərov olmayıb. İsmayıllı rayon İcra Hakimiyyəti rəhbəri Nizam Ələkbərovun otelin sahibinin kim olması ilə bağlı məlumatı olmaması məsələsinə toxunan Elnur Kələntorov qeyd edib ki, otel başqa şirkətə icarəyə verildiyi üçün icra başçısının həmin şəxsi tanımaması təbiidir. Qeyd edək ki, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Teqlər:
Bu xəbər cəmi 3010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR