Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Restoranlar, villalar, bank hesabları, milyonluq mülklər... - Daha bir məmurun var-dövlətinin siyahısı yayıldı

Restoranlar, villalar, bank hesabları, milyonluq mülklər... - Daha bir məmurun var-dövlətinin siyahısı yayıldı


Son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Onların arasında deputatlar da var.



Ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağan olunur. Həmçinin, bu siyahısı yayılan məmurların həmin var-dövlətə yalnız uğurlu biznes sayəsində nail olduqlarını söyləmək belə gülüncdür, nəinki iddia etmək.



 





 




 



Ən azından bunu vəzifədən azad olunan nazirlər, məmurlar haqqında sonradan açıqlan cinayət işlərində görürük. Dövlət büdcəsindən vəsaitlərin necə talanması haqda bu cinayət işlərində onlarla faktlar mövcuddur.



Və media həmin məmurlarların korrupsiya əməlləri barədə vaxtilə informasiyalar yaysa da, bu işlə məşğul olmalı olan aiduiyyatlı dövlət qurumları heç bir hərəkət etmirdi.



İndi də eyni vəziyyətdir. Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır...



ASC demişkən... "Azəravtoyol" ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Siyahıya baxın:



1. "Ocaq" ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)



2. Yasamal, Xətayi, Səbail rayonlarında "Ocaq" (restoran, kafe, art) şəbəkəsi



3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular



4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil



5. "NN" Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)



6. H.Əliyev küçəsində "Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)



7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil



8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)



9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.



10. Köhnə "Varovski"da 3 mərtəbə villa



11. Novxanıda ayrı-ayrılıqda 3 villa



12. "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil



13. "REAL" MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil



14. Port Bakuda 150 kv m daha bir mənzil



15. Binəqədi rayonunda böyük torpaq sahələri



16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil



17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit



18. Şüvəlanda villa



19. Özünə və ailsəinə məxsus "Rang Rover", "Audi Q7", "Sklass Mercedes"," Porche", "BMW" markalı bahalı avtomobillər



20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası



21. Dərnəgüldə tikinti materialları mağazası



22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.



23. Bir tender şirkəti, "Polat Qapı Yol" şirkəti ilə şəriklik və s...



yenisabah

Teqlər:
Bu xəbər cəmi 1345 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR