Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora ağır ittihamlar

“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora ağır ittihamlar

Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.


 


Qeyd edilən ittihamlarla bağlı Mail Yaqub "Yeni Sabah”a açıqlama verib. O bildirib ki, səsləndirilən fikirlər əsassız və yüngüldür:


 


 


"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var.  Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib” - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanat  etmisiniz. 


 


İkincisi, "Universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var” – bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı  hələ guya mənə yazırdılar-(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar.  


 


Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdürlüyündən uzaqlaşdırılıb”- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kaferda müdürü olmuşam. Kaferda müdürlüyündən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burda oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdürlüyündən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi”.


 


M.Yaqub digər nüanslardan da söz açıb: "Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə fəlsəfəyə giriş dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis – bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur.  Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm – Fəlsəfəyə  giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir. 


 


İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə  həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim.  "Xəzər”də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir – İsa İsaxanlı və Hamlet İsaxanlı. Mən istefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Mənim heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır. Digər bir nüans "Mail Yaqub cahilliyə çağırır” – bu lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!”.

Teqlər:
Bu xəbər cəmi 2330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR