Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır? - Sahil Babayev prokurorluğa müraciət etdi / ARAŞDIRMA

Saxta əlilliyə görə ödənilmiş vəsaiti kim qaytarmalıdır? - Sahil Babayev prokurorluğa müraciət etdi / ARAŞDIRMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanlış əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür. Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması həm buna yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir. Bu məsələ isə son günlərin müzakirə olunan mövzularından biridir.


 


 


Bəs vətəndaşdan pulun geri qaytarılmasını tələb etmək nə dərəcədə əsaslıdır? 


 


İqtisadçı ekspert Natiq Cəfərli BakuPost-a açıqlamasında deyib ki, nazirliyin qərarı ilə vətəndaşdan pulun geri qaytarılmasını tələb etmək doğru deyil, qeyri-qanunidir. 


 


İqtisadçıya görə, bu, hətta mümkün də deyil. Onun sözlərinə görə, bunu  yeganə yolu məhkəmədir. Yəni ƏƏSMN məhkəmədə iddia qaldıra bilər ki, hansısa məmur, yaxud qurum tərəfindən qeyri-qanuni addım atılıb. Bununla bağlı da məhkəmə araşdırması olmalıdır. Məhkəmə qərarı ilə hər hansı cərimələrin müəyyən olunması, yaxud vəsaitin geri qaytarılması ilə bağlı mexanizm qurula, yaxud belə bir mexanizmlə bağlı qərar verilə bilər:


  


"Azərbaycanda təəssüf ki, belə bir praktika mövcuddur ki, sanki dövlət qurumlarının rəhbərliyi dəyişəndə onun verdiyi qərarlar da dəyişməlidir. Bu, doğru deyil. Dövlət institutlardan ibarətdir, dövlət qurumları institutlardır, şəxslər deyil. Hər hansı şəxsə görə qeyri-qanuni, doğru olmayan qərar verilibsə, hər hansı qərarın verilməsində problem varsa, onun həlli yolu məhkəmədir. Bu zaman da həmin qərarı verən şəxs, yaxud qurumla bağlı ciddi araşdırmalar da aparılmalı, cinayət işləri açılmalıdır. İcra qurumlarının öz tərəfindən belə tipli qərar verməsi mexanizmi yoxdur, ola da bilməz. İcra qurumunun əvvəl verdiyi qərar da hüquqi qüvvəyə malikdir. İcra qurumları qanunların təsdiqi ilə məşğul olmur, məntiq də bunu deyir. Ona görə də bunun yeganə yolu məhkəmədir. Əgər doğurdan da qeyri-qanuni hər hansı addım atılıbsa, bir fakt varsa, həmin prosesdə iştirak etmiş nazirliyin əməkdaşları, məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qərarı olmadan hər hansı icra qurumunun belə qərar verməsi həm məntiqə, həm də hüquqa ziddir”.


 


ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение


N. Cəfərli indiki halda vəsaitlərin geri qaytarılması tələb edilən vətəndaşların məhkəmələrə müraciət etməsini vacib sayır: "Heç olmasa vətəndaşlar məhkəməyə müraciət etməlidir ki, məhkəmə araşdırmasında müəyyən həqiqətin üzə çıxmasına şərait yaransın. Vəsaitin vətəndaşa ödətdirilməsi cəhdi tamamilə qeyri-qanunidir. Çünki bu prosesdə vətəndaşın günahı ola bilməz. Ola bilər ki, vətəndaş hər hansı başqa yollarla özünə təqaüd təyin etdirilməsinə, üstünlüklər əldə etməyə cəhd edib. Bu, ola bilər. Dünyanın hər yerində insanlar çalışır ki, qanunun  yol verdiyi üstünlüklərdən istifadə etsin, bunun üçün də müxtəlif yollardan istifadə edir. Amma qərarı verən dövlət qurumudur. Dövlət qurumunun verdiyi qərar əsasında bu ödənişlər olub və problem də dövlət qurumunda olub. Dövlət qurumu buna imkan verməməli idi. Mən də çox şey istəyə bilərəm. Məsələn, istəyərəm ki, rüşvət verərək böyük bir nazirliyin, yaxud şirkətin rəhbəri olum. Bu, vətəndaşın istəyi ola bilər. Amma o istəyin yerinə yetirilməsinə görə səlahiyyətli qurumlar cavabdehdirlər, məsuliyyət daşıyırlar”.


 


Millət vəkili, hüquqşünas Fazil Mustafa BakuPost-a açıqlamasında deyib ki, burada vəsaitin kimin tərəfindən ödənilməli olduğu barədə qərar yalnız məhkəmə tərəfindən verilə bilər:


 


 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Fazil Mustafa


"Burada 3 subyekt var. Birincisi, vəsaiti bu sənədləri tərtib edənlər ödəməlidir. Yəni qanunsuz şəkildə vətəndaşa ödəniş təyin edənlər bunu bilərəkdən, rüşvət və başqa maraqlara görə ediblərsə, həmin vəzifəli şəxslər bu vəsaiti ödəməlidirlər. Deyək ki, vətəndaş dövlət qurumuna müraciət edib, dövlət qurumu da onun xeyrinə qərar verib. Burada vətəndaşın günahı nədir? Vətəndaş sonrakı fəaliyyətini bunun üzərində qurub.  İkinci, əgər bu sənədləri tərtib edənlər bunu "yuxarıdan”, tapşırıq əsasında ediblərsə, bunu sübut edə bilirlərsə, ən yuxarı vəzifədə olan şəxs ödəməlidir. Üçüncüsü, vətəndaş dövlət orqanını aldatmaq üçün müxtəlif sənədlər təqdim edibsə, bunu da normal qaydalarda aydınlaşdırmaq mümkün olmayıbsa, o halda həmin vəsaiti vətəndaş ödəməlidir. Bütün bunlar  barədə qərar isə yalnız və yalnız  məhkəmə tərəfindən qəbul edilə bilər”. 


 


Bəs ƏƏSMN atdığı addımların necə əsaslandırır?


 


Nazirlik BakuPost-un sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib. 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib:


 


Картинки по запросу Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


 


"Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmi mövcuddur. Ödənilmiş vəsaitlərin geri qaytarılması həm yanlışlığa yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir. Yəni yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda, yanlış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyəti sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”.

Teqlər:
Bu xəbər cəmi 3235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR