Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.
Ann.az unikal.org-a istinadən xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək.
Səbail, Yasamal, Nəsimi
Binəqədi, Qaradağ
Nizami, Xətai, Nərimanov
Xəzər, Pirallahı
Suraxanı, Sabunçu
Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.