Rusiyanın Surqut şəhər aeroportuna Azərbaycan əsilli kəşfiyyatçı geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adı verilib.
Bu, çərşənbə axşamı "Rossiya 1" telekanalında yayımlanan "60 minut" (60 dəqiqə) verilişində nəticələri açıqlanan "Rusiyanın böyük adları" müsabiqəsinin yekununda məlum olub.
"Velikieimena.rf" saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanınınadını müəyyənləşdiriblər. Siyahıda bir azərbaycanlının da adı olub. Kəşfiyyatçı geoloqun adı eyni zamanda iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk. Səsvermə nəticəsində onun adı Surqut şəhər aeroportuna verilib/Report.