Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” - Əli Həsənov

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” - Əli Həsənov

Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Nəbz”, "İmarat nyus”, "Şarcə24”, Misirin "İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb.


 


Yenimeydan.info azərtac-a istinadən xəbər verir ki, Misirin "İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Müsahibədə Əli Həsənov Azərbaycanın ərəb ölkələri, eləcə də Misir və Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələrinin olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri ilə əlaqələri inkişaf etdirməyə önəm verir.


 


Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə cərəyan edən prosesləri yaxından izləyir və bəzi üzv ölkələrin üzləşdikləri münaqişələrin, xüsusilə də Fələstin probleminin, Suriya böhranının tezliklə həllinə ümid bəsləyir. Azərbaycan İslam ölkələri ilə iqtisadiyyat, mədəniyyət, idman sahələrində əməkdaşlığı genişləndirmək istəyir. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində iştirak etməkdə maraqlı olan ölkəmiz BMT-də bir sıra diplomatik təşəbbüslər irəli sürüb, Təhlükəsizlik Şurasına sədrliyi dövründə Suriyada hərbi əməliyyatların dayandırılması və Yaxın Şərqdə sabitliyin bərqərar olunması naminə çıxış yolları təqdim edib. Ərəb-İslam ölkələri ilə turizm sahəsində də sıx əməkdaşlıq etmək istəyən Azərbaycan bu ölkələrdən gələn turistlər, eləcə də sərmayədarlar üçün açıqdır. Azərbaycan, öz növbəsində, ərəb-İslam ölkələrinə də sərmayələr yatırıb.


 


Azərbaycan Prezidentinin köməkçisi ötən il Səudiyyə Ərəbistanında keçirilmiş "əl-Cənadəriyyə” Mədəniyyət və İrs Festivalında iştirak etdiyini, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla, Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla və Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşdüyünü, həmçinin İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında olduğunu xatırladıb. Əli Həsənov Azərbaycanla İslam ölkələri arasında əməkdaşlığın dəstəklənməsi məqsədilə Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə səfər etdiyini də diqqətə çatdırıb. Prezidentin köməkçisi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının fəaliyyətini dəstəklədiyini qeyd edib.


 


Müsahibəsində Əli Həsənov ölkəmizdəki tolerant və multikultural mühit barədə ətraflı məlumat verib. Bildirib ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda etnik, dini və ya irqi zəmində heç bir münaqişə baş verməyib. Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.


 


Prezidentin köməkçisi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, Azərbaycanda insan kapitalına sərmayə qoyulmasından, elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs edib.


 



Teqlər:
Bu xəbər cəmi 2355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR