Nəşr kuluar söhbətlərinə əsasən iddia edir ki, baş nazir Bidzina İvanişvili ABŞ-ın səfirinə deyib ki, Saakaşvilini həbs etdikdən sonra siyasətdən gedəcək.
"Bu sözlərdən şok vəziyyətinə düşən səfir İvanişviliyə "Siz bunu edə bilməzsiniz” deyib. Buna cavab olaraq baş nazir "Mən sizə Saakaşvilini necə həbs edəcəyimi göstərəcəm. Ölkədə qayda-qanun yaradandan sonra isə siyasətdən gedəcəm”, - deyə məqalədə vurğulanıb.