Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni qaydalar ingilis dili müəllimlərinin böhranını üzə çıxardı: “Özümüz danışa bilmirik, şagird nə etsin!”

Yeni qaydalar ingilis dili müəllimlərinin böhranını üzə çıxardı: “Özümüz danışa bilmirik, şagird nə etsin!”


“Bu gün istər orta məktəblərdə, istər ali məktəblərdə xarici dilin tədrisinin vəziyyəti ürək açan səviyyədə deyil. Bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrindən də görmək mümkündür”.



Bunu AzEdu.az-a danışarkən təhsil eksperti Kamran Əsədov deyib.



Ekspert bildirib ki, orta və ali məktəblərdə ingilis dilini tədris edən müəllimlərin böyük əksəriyyətinin bilik və bacarıqları aşağı səviyyədədir:



“Belə ki, DİM-in hər il keçirilən qəbul imtahanlarının statistik təhlillərinin əks olunduğu abituriyent 12 jurnalında bununla bağlı, konkret faktlar və rəqəmlər geniş təhlil olunaraq verilib. Məlum olur ki, I və II qrup üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin ən zəif cavab verdiyi, aşağı nəticə göstərdiyi fənn ingilis dilidir. Bu fənn üzrə imtahan iştirakçılarının nəticələri bütün fənlərdən və ölkə üzrə orta göstəricidən dəfələrlə aşağıdır.  Belə bərbad vəziyyətin əsas səbəbi orta və ali məktəblərdə ingilis dilini tədris edən müəllimlərin böyük əksəriyyətinin bilik və bacarıqlarının aşağı səviyyədə olmasıdır.



Bunu Təhsil nazirliyinin 2016-cı ildə nəşr etdiyi Hesabat jurnalında da görmək mümkündür. Belə ki, 2014-cü ildən 2016-cı ilə qədər Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün Diqanostik imtahanda iştirak edən 2585 ingilis dili müəlliminin 53.6  faizi orta, 31.6 faizi aşağı nəticə göstərib. Yalnız 14 faiz müəllim orta baldan yüksək nəticə əldə edib. Nəzərə alsaq ki, DQ imtahanlarında ixtisas üzrə təqdim edilmiş test tapşırıqları çox sadə, primitiv, adi suallardan ibarətdir, buna  belə maksimum cavab verə bilməyiblər”.



“Müəllimlər özlərinin bilmədiyini başqasına necə öyrədə biləcəkdilər?”



K.Əsədov qeyd edib ki, müəllimlər ictimai marağı öz maraqlarına qurban verirlər:



“Bildiyiniz kimi 2019-cu ildə ölkədə həm ali, həm orta ixtisas təhsili müəssisələrinə qəbul, həm də buraxlış imtahanları yeni formatda təşkil olunacaq. 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır. Amma bizim ingilis dili müəllimləri özlərini oda, suya atdılar ki, biz özümüz ingilis dilində dinləyə, anlaya bilmirik, bəs bu uşaqlar nə edəcək? Bəli, onlar etiraz edirdilər və edirlər. Onlar şagirdləri düşünərək bunu etmirlər. Müəllimlər ictimai marağı öz maraqlarına qurban verirlər. Onların yenilikləri tətbiqetmə bacarıqları olmadığı üçün buna qarşı çıxırlar.



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir neçə gün əvvəl bununla bağlı, çox gözəl münasibət bildirdi:



“Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim həmin dildə danışırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi?”.



Hörmətli Məleykə xanım, təəssüf ki, bizim müəllimlər dərsdə serialdan, öz həyat və olmayan fəaliyyətlərindən danışırlar. Təəssüf ki, onlar ancaq uşaqların boynundan yapışıb məcburi olaraq yanlarına hazırlığa gəlmələrini tələb edirlər. Onlar  yüksək vəsaitlə çox aşağı xidmətə repetitor xidməti göstərirlər. Onlar ancaq sizin mərkəzin qapalı test tapşırıqlarını uşaqlara əzbərlətməklə vaxtlarını keçirirlər. Sizin keçirdiyiniz imtahan nəticələrindən də bunu aydın şəkildə görmək olur. Ona görə də onlar narahat idilər. Çünki özlərinin bilmədiyini, bacarmadığını başqasına necə öyrədə biləcəkdilər?



Sizin dediyiniz kimi: Biz axı müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi dövrdə yaşayırıq. Hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması, şagird və müəllimlər üçün çətin olmamalıdır. Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında, qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək?”.



“Şagirdlər xarici dili kurslar və mərkəzlərdə öyrənirlər”



Müsahibimiz deyib ki, xarici dil fənni qəbul və buraxılış imtahanlarından çıxarılmalıdır:



“Çünki bu fənlərin tədrisinin aparıldığı dərsliklər də çox aşağı səviyyədədir, standartlara cavab vermir. Müəllimlərinin bilik və bacarıqları zəif olan, dərslikləri standartlara cavab verməyən bir fənndən qəbul imtahanı aparmaq, bu fənndən buraxılış imtahanlarında istifadə etmək absurddur.



Məhz ona görə də, şagird və abituriyentlər bu sahədə bilik və bacarıqlarını xarici hazırlıq kurslarında, mərkəzlərdə əldə edirlər. Çünki dövlət orta məktəblərində və ali məktəblərində xarici dil, xüsusən də ingilis dili fənni keyfiyyətli tədris olunmur.



Ona görə də düşünürəm ki, dövlət büdcəsinin vəsaiti boş–boşuna havaya sovrulmamalıdır. Onsuz da şagirdlər xarici dili kurslar və mərkəzlərdə öyrənirlər. Təklif edirəm ki, dövlət büdcəsindən adambaşına maliyyə ayrılsın və hər bir şagird, tələbə o vəsaiti alıb, özü harda istəsə, xarici dil üzrə hazırlaşsın. İndiyə qədər keçirilən MİQ və DQ imtahanlarında heç bir müəllim maksimum nəticə göstərə bilməyib. Bu vəziyyətin  nə qədər acınacaqlı olduğunu göstərir”.


Teqlər:
Bu xəbər cəmi 2540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR