Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Həkim səhvi ucbatından ölən xəstələrin sayı artır: "Oqtay Şirəliyevə demək istəyirəm ki..." - Deputatdan etiraz

Həkim səhvi ucbatından ölən xəstələrin sayı artır:

"Son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik. Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?".






Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır: 






"İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.






"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var: "Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü Səhiyyə naziri Oqtay Şirəliyevə tutub, onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.





Teqlər:
Bu xəbər cəmi 2445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR