Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.
Yenimeydan.info Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargaha istinadən bildirir ki, artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb:
"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb".