Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DİN xəbəri təsdiqlədi- ölümlə bitən qudurğanlığı Arzu Rəhimovun kadrının oğlu törədibmiş: “Olub, olub da…”

DİN xəbəri təsdiqlədi- ölümlə bitən qudurğanlığı Arzu Rəhimovun kadrının oğlu törədibmiş: “Olub, olub da…”


Ötən həftə Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəzanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədov tərəfindən törədilməsi barədə xəbərimiz rəsmi şəkildə təsdiqlənib.



TİA.AZ xəbər verir ki,Cahan.info-nun verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsünün polkovnikin oğlu olduğunu açıqlayıb.



Məlumatda deyilir: oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayrıcısına vurub. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.



Bildirilir ki, qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədovdur. Sərnişini, Sumqayıt şəhər sakini Rəsulzadə Rəcəb Mikayıl oğlu isə keçmiş DYP işçisinin oğludur.



Rəsmi məlumatdab öncə faktla bağlı əməkdaşımız Ş.Məmmədovla əlaqə saxlamışdı və hadisəni törədən şəxsin onun oğlu olub-olmadığını dəqiqləşdirməyə çalışmışdı. Polkovnik açıqlamasında “olub, olub da, işin-gücün yoxdur?!” deyib telefonu asıb.



Görünür ki, Ş.Məmmədov üçün “olub, olub da” demək adidir. Nə də olmasa, ölüb, ölüb də, sağ qalan öz oğludur axı. Bir polisin gənc övladını tələf etməsi olub, olub da deməklə bitməz, cənab polkovnik!



Bu, əslində növbəti məmur övladının qudurğanlığının göstəricisidir. Sadəcə, Xidmət rəisi Arzu Rəhimov “sağ əli” olan Ş.Məmmədovun övladının əməlini gizlətməyə çalışırdı. Odur ki, hadisə günü sürücünün kimliyi haqda məlumat açıqlanmırdı.



Çünki A.Rəhimovun həm öz fəaliyyəti barədə hər gün mediada xəbərlər tirajlanır, həm də keçmiş müavini Novruzəli Orucovun oğlunun avtobus şoferini döyərək həbs edilməsi ilə uzun müddət diqqət mərkəzində qalmışdı.



A.Rəhimov istəmirdi ki, yenidən məmur övladının harınlığı, adam ölümünə səbəb olan cinayəti ilə gündəmə gəlsin. Ona görə ilk gündən həm A.Rəhimov, həm Ş.Məmmədov informasiyanı boğmağa can atdılar, mətbuatın əksəriyyəti xəbəri yaymadı.



DİN isə rəsmi məlumat yaydıqdan sonra işin üstü açıldı. Bundan sonra polkovnikin oğlunu həbs gözləyir. Lakin hələlik məsuliyyətə cəlb olunması haqda xəbər yoxdur.



Ehtimala görə, indi Faiqi həbsdən yayındırmaq üçün müxtəlif yollara əl atırlar, ölən şəxsin ailəsinin şikayətçi olmaması üçün dəridən-qabıqdan çıxırlar.



Cahan.info yada salır ki, prezidentin dəfələrlə məmur övladlarına qudurğanlıq etməmək barədə xəbərdarlığı olub. Dövlət başçısı bildirib ki, harınlıq edən məmurun övladı həbs ediləcək, atası vəzifəsindən azad olunacaq. Və bu məlumatlar elə bir dövrə təsadüf edir ki, Xidmət rəisi Arzu Rəhimov ardıcıl ikinci zərbəni alır.



Çünki iki həftə qabaq Qazaxın komissarı məhkəmədə 180 min manat verərək Gəncəyə komissar getmək istədiyini etiraf etmişdi. Bu fakt Səfərbərlik Xidmətində vəzifələrə təyinatən rüşvətlə olduğunu təsdiqləyirdi.



Ardınca Baş idarə rəisinin müavininin oğlu qəza törədir, bir gənc dünyasını dəyişir, yenə nəzərlər bu quruma yönəlir. Bu halda A.Rəhimovun Ş.Məmmədovun arxasından çəkilib-çəkilməyəcəyi sual doğurur.



Hər halda onun kadrlarının balalarının bu cür hərəkətləri A.Rəhimova da söz gətirir və prezidentin yanında etimadını azaldır.



Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi.



Belə görünür ki, qudurğan balalar ataları işdən çıxarılandan sonra da puldan korluq çəkmirlər və əvvəlki kimi arxayındırlar. Dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə.



Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.



Novruzəli Orucovun oğlu bir neçə il əvvəl avtomobil ilə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı.



Bu yaxınlarda isə 85 saylı avtobus sürücüsünü təqib edərək döydüyü üçün yenidən gündəmə gəldi. Amma bu dəfə gündəmə gəlməsi ilə bərabər atasını da gündəmə daşıdı. Kiçik Orucovun əməli dövlət başsının qəzəbinə səbəb oldu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucov sərəncama göndərildi.



Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, belə bir hallar yolverilməzdir və qudurğan məmur övladlarının valideynləri cəzalandırılacaq. Amma Arzu Rəhimovun kadrlarından daha biri – Şaiq Məmmədovun oğlu eyni hərəkəti təkrarladı. Üstəlik atası deyir ki, “olub, olub da…”


Teqlər:
Bu xəbər cəmi 3425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR