Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazirin birinci müavini Yaqub Eyyubovimzalayıb.
Qərarla “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin adı çıxarılıb. Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.