Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” şirkətlər qrupuna daxil olan Palmarina əyləncə mərkəzində yay mövsümünün açılışına start verilib.
“Yenimeydan.info”nun türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, mərasimə Türkiyənin bir çox tanınmış iş adamlar, Ajda Pekkan, Nikolay Baskov kimi müğənnilər,eyni zamanda “Avatar” filminin baş rol oyunçusu Zoe Saldana da qatılıb.
Partidə “Mardan Palace”ın sahibi Telman İsmayılov da iştirak edib.
Palmarinanın sahibi Mübariz Məsimovun təklifi ilə bu ərazidə İçərişəhərin kiçik bir modeli yaradılıb. Elə İçərişəhər kimi Old City adlandırılıb. Təbii ki, İçərişəhərin simvolu olan Qız Qalası da unudulmayıb. Bodruma gələn turistlər burada Bakının simvolu sayılan Qız Qalasının kiçik modelini görəcəklər. Qalanın giriş qatındakı otaq da Azərbaycanın milli ornamentləri ilə bəzədilib.