Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məktəb bazarlığı: Qiymətlər necədir? - REPORTAJ (FOTOLAR)

Məktəb bazarlığı: Qiymətlər necədir? - REPORTAJ (FOTOLAR)

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu səbəbdən valideynlər məktəbli mağazalarına baş çəkərək qiymətlərlə maraqlanır, lazım olan dərslik ləvazimatı və geyimləri almağa çalışırlar. Mağazalarda hər qiymətə, hər çeşiddə məhsula rast gəlmək olar. Təki, cibdə pul olsun. Müştərilərdən bəziləri məhsulun qiymətinə, bəziləri isə keyfiyyətinə üstünlük verir.


Bu məqamda ənənəvi sual ortaya çıxır: Qiymətlər valideynlərin ciblərinə uyğundurmu, onlar övladlarını məktəbə ürəklə yola sala biləcəkərmi? 



AzVision.az-ın əməkdaşları bu suallara cavab tapmaq üçün “28 May” metrostansiyasının yaxınlığında açılan məktəbli yarmarkasına baş çəkiblər.



Satıcıların dediyinə görə, yarmarka yeni fəaliyyətə başladığı üçün alıcıların sayı o qədər də çox deyil. Belə ki, alverin qızğın vaxtı sentyabrın əvvəlinə təsadüf edəcək.



“Valideynlər əsasən avqustun axırı, sentyabırın əvvəlində bazarlıq edirlər. Çalışmışıq, qiymətlər onlara da, bizə də uyğun olsun. İndi kim razı, kim də narazı olacaq, onu deyə bilmərik”.







Yarmarkada bir məktəbliyə lazım olan hər bir ləvazimat var. Yuxarda qeyd etdiyimiz kimi, əsas odur ki, cibində pulun olsun. 



İlk olaraq dəftərlərin qiyməti ilə maraqlandıq. Satıcılar bildirdilər ki, enli 12 vərəq 25, 24 vərəq 40, 48 vərəq 70, 60 vərəq 80 qəpiyə satılır. Ensiz dəftərlərin qiyməti isə fərqlidir. Məsələn, 40 vərəqi 40, 20 vərəqi 25, 60 vərəqi 60, 100 vərəqi isə 80 qəpiyə almaq olar. 







Daha sonra rəngli karandaşların qiyməti ilə maraqlandıq. Öyrəndik ki, karandaşları rənglərin sayından və firmasından asılı olaraq 4 manatdan 10 manata qədər fərqli qiymətlərə əldə etmək mümkündür. 



Qələm qabılarının qiymətləri isə kefiyyətindən asılı olaraq 2.50 manat ilə 15 manat arasında dəyişir. Bundan əlavə, plastik su qabları alıcılara 6 manata təklif olunur. Dəmir termosların qiyməti isə 9 manatdan başlayır. 







Yarmarkada hər bir şagirdə lazım olan sulu boyalar 2- 4-5 -6 manat arasında satılır. Rəsm albomları da fərqli qiymətlərə piştaxtalara düzülüb. Vərəqlərin sayına görə bir albom üçün 1.50 və ya 2 manat ödəyə bilərsiniz. Rəngli kağızların qiyməti 1.50 qəpikdən başlayır. 



Xətkeşlərin qiyməti 70 qəpik-1,2 manat arasıdır. Karandaş yonanlar 40 qəpik və 1.50, pozanlar isə 30-80 qəpikdir. Qələmlərin qiymətləri də 20,30 qəpikdən 3 manata və daha baha qiymətlərə alıcılara təklif olunur.



Əgər məsləhət bilsəniz, uşaqlarınıza 6 manat verib kitab söykənəcəyi də ala bilərsiniz. Övladlarınızın səhvini ağardıcı ilə ağartmaq üçün 70 qəpiyinizdən və 1 manatınızdan keçməlisiniz. 



Plamastrların satışı rənglərin sayından asılıdır. Siz bunun üçün 1.50-dən 10 manatadək pul xərcləyə bilərsiniz. Plastilinlər isə 1.50 və ya 5, 7 manatdır.







Əsas məsələ dərsliklərimizi yığmaq üçün lazım olan məktəb çantalarıdır. Onları almaq üçün minimum 16 manat lazımdır. İmkanı olanlar isə 70-140 manata çanta ala bilərlər. 




















































Teqlər:
Bu xəbər cəmi 5270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR