Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında geniş kollegiya iclası keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov həyata keçirilən tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Həmçinin 2018-ci ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.
Araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin 4 yerli idarə, şöbə və bölmə rəisi, eləcə də Xidmətin tabeliyində olan 1 struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüb.