O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş ikinci binanın bu il iyulun 20-də açılışı olub. İkinci binada 255 jurnalist mənzillə təmin olunub.
Dövlət başçısının iştirakı ilə keçirilən açılış mərasiminin ardınca üçüncü binanın təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev üçüncü binanın inşasına ilkin olaraq 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb.