Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov və vəzifədə olan qohumları: bacanaqlar nələrdə ittiham olunur? + SİYAHI

Səlim Müslümov və vəzifədə olan qohumları: bacanaqlar nələrdə ittiham olunur? + SİYAHI

Ağsu rayon Xətai küçəsində yaşayan Adil Aydın oğlu Oruclu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb.


 


Mia.az bildirir ki, surəti "Reytinq” qəzetinə göndərilən məktubda Adil Oruclu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və onun qohum-əqrabalarının, daha dəqiq desək, rayonun icra başçısı olan dayısı, həm də bacanağı olan Ənvər Seyidəliyevin başına açdığı oyun və digər maraqlı faktlardan söz açıb.






İcra başçısı söz verdi, amma indi deyir ki...


 


Şikayətçi yazır ki, Ənvər Seyidəliyev bacısı oğlu və bacanağı Səlim Müslümovun xeyir-duası ilə vaxtı ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib:






"Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompensasiya veriləcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get pulunu Prezidentdən istə”.


 


Image result for enver-seyideliyev


 


Ənvər SEYİDƏLİYEV


 


Şikayətçi Adil Oruclu icra başçısı Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumlarının Ağsu və ölkənin müxtəlif bölgələrində tutduqları vəzifə və sahib olduqları haqda maraqlı faktlar açıqlayıb.


 


Müslümov hara, sarımsaq biznesi hara?


 


Adil Oruclunun sözlərinə görə, Səlim Müslümov nazir işlədiyi dövrdə ancaq və ancaq xalqı ölkə rəhbərliyindən narazı salmaq yolunu seçib: "Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda zarafata salıb deyirlər ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. 


 


Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun dövlətin mühüm vəzifələrində çalışmaqla milyonlara sahib olan qohumları Ağsunu "ölü rayon”a çeviriblər. Özlərinə sərf edən görülən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar. 


 


Image result for enver-seyideliyev


 


Onu da deyim ki, Ağsuda Səlim Müslümovun 60 hektar, Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi də var. Pisi budur ki, onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndisə iş elə gətirib ki, onların da  zəhmət haqqını vermirlər”.


 


Sabiq nazir oğlunu hansı pulla Londonda oxutdurur?


 


Səlim Müslümov bir oğlunu Londonda oxutdurub. Hazırda da kiçik oğlunu hər ilinə 70 min funt-strelinq xərc çəkməklə İngiltərədə oxudur...


 


 Elə bu yerdə sual edirəm, cəmi  1700 manat maaş almış Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb?


 


 Siz təkcə Səlim Müslümovun rayonda - doğulduğu Pirhəsənli kəndindəki villasını görsəniz, heyrətə gələrsiz. Təsəvvür edin ki, onun kənddəki iqamətgahında yüksək təmtəraq, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş  qəbul otağı, xidmətçiləri var..." 


 




 


Səlim Müslümov dayısının kürəkəni ilə Türkiyədə olarkən...






Ağsu sakini Müslümovun çətiri altında boy atan qohumlarının da siyahısını çikayətinə əlavə edib:


 


"1. Səlim Müslümovun dayısı, həm də bacanağı Ənvər Seyidəliyev rayonun icra başçısıdır;


 


2. Digər dayısı Fətulla Seyidəliyev "Kapitalbank”ın rayon filialının müdiridir;


 


3. Səlim Müslümovun xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə "Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiri;


 


4. Fətulla Seyidəliyevin öz oğlu Mirfariz Seydəliyev Səbail rayon prokurorluğunda prokuror köməkçisi işləyir;


 


5. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pensiyaçı olsa da, rayon pambıqqəbulu məntəqəsində müdirdir;


 


6. Mirfazil Seyidəliyevin oğlu Mirqafil Səfərbərlik Xidmətində mühüm post tutur;


 


7. Müslümovun dayısı Ənvər Seyidəliyevin oğlu Dayənət Seyidəliyev isə Mərkəzi Bankda mühüm vəzifədədir. O, həmçinin atasının və Səlim Müslümovun sayəsində Bakıda şərab şəbəkəsinə və maşın təmiri sexlərinə rəhbərlik və nəzarət edir;


 


8. Səlim Müslümovun dayısının arvadı Şəhrəbanu Məlikova Ağsu Mərkəzi Xəstəxanasının baş həkimidir;


 


Image result for Şəhrəbanu Məlikova






Şəhrəbanu Məlikova (soldan birinci)


 


9. Həmin Şəhrəbanu Məlikovanın qızının əri Fuad Əlizadə isə ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisidir (Bir neçə gün əvvəl işdən çıxarılıb - redaksiya);.  


 


10. Şəhrəbanu Məlikovanın digər qızının əri, Səlim Müslümovun əmisi oğlu Yalçın Müslümov da Səlim Müslümovun zamanında ƏƏSMN-də nazirin müşaviridir (O da bir neçə gün əvvəl yeni nazirin əmri ilə işdən çıxarılıb-redaksiya);


 


11.  Şəhrəbanu Məlikovanın digər qızının əri Zaur Bədəlov isə Qusarın polis rəisidir;


 


12. S.Müslümovun dayısı oğlu Ələsgər Seyidəliyev gömrükdə işləyir;


 


13. S.Müslümovun dayısı oğlu Mircavad Seyidəliyev DİN-də mühüm postdadır;


 


14. S.Müslümovun qardaşı Radim Müslümov İsmayılll rayon Maliyyə İdarəsinin müdiridir;


 


15. Radimin oğlu Xəzər Müslümov da ƏƏSMN-də işləyir;


 


16. S.Müslümovun digər qardaşı Vergilər Nazirliyindədir;


 


17. S.Müslümovun bacısının əri Əsgər Əsgərov DSMF-nin Nəsimi şöbəsinin müdiridir (O da bir neçə gün əvvəl vəzifədən çıxarılıb – Mia.az);


 


18. S.Müslümovla Ənvər Seyidəliyevin qaynı Ağalar Xasayev DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin - Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisidir; 


 


19. S.Müslümovun digər bacısının əri Pirallahı rayonunda yol idarəsinin rəisidir;


 


20. S.Müslümovla Ənvər Seyidəliyevin digər qaynı Ağası Xasayev də Bakıda bankda mühüm post tutur;


 


21. Bunların digər qaynı Şahmar Xasayevin oğlu da gömrükdə işləyir; 


 


22. Səlim Müslümovun həyat yoldaşının qohumu Firdovsi Əliyev DSMF-nin Sabunçu rayon şöbəsinin Pensiya sektorunun müdiridir. O, eyni zamanda, yeni nazirin əmri ilə hazırda şöbənin rəisi vəzifəsini də müvəqqəti icra edir;


 


Mən sizə bu siyahını xeyli uzatmaqla da təqdim edə bilərəm. Hətta bu şəbəkənin hazırda təbii fəlakətlərin fəsadlarının böyüməsində ciddi rol oynayan çınqıl karxanaları haqda da geniş məlumatlar verəcəyəm”.


 


Sonda Ağsu sakini şikayətində həmyerlilərin fəaliyyəti haqda başqa diqqətçəkən iddialar da irəli sürüb. O, ölkə rəhbərliyindən bu və ya digər məqamların araşdırılmasını istəməklə yanaşı, icra başçısı tərəfindən sökdürülən kafesinə görə pozulmuş haqlarının bərpa edilməsini də xahiş edib. 


 


Yeni nazir sələfi Səlim Müslümovun qohumları haqda nə düşünür?






Image result for enver-seyideliyev


 


Yeri gəlmişkən, xatırladaq ki, Ağsulu şikayətçinin məktubunda adları yer alan ƏƏSMN-də


nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə ötən həftə vəzifələrindən çıxarılıblar. 


 


Bir daha qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkəni, sabiq nazirin əmisi oğlu Yalçın Müslümovla bacanaqdır. Yəni əslində Sahil Babayev həm də Yalçın Müslümov-Fuad Əlizadə bacanaqlarını eyni gündə işdən azad etməklə, maraqlı dairələr üçün şübhəli məqamlar yaradıb. 


 


Maraqlı burasıdır ki, Sahil Babayevin bu şəxsləri daha tez vəzifələrindən azad edəcəyi gözlənilirdi. Lakin bu ehtimal ta ötən həftəyə qədər ləngidi... 


 




Müslümov Fuad ƏLİZADƏ ilə


 


Bu barədə Mia.az-a verilən məlumata görə, Səlim Müslümovun  həm adıçəkilən qohumlarının, həm də hələ də vəzifədə saxlanılan yaxınları haqda əmrin gecikməsinin çox ciddi səbəbləri var. 


 


Sayta verilən həmin məlumatlarla bağlı hazırda daha ətrraflı araşdırmalarımız getdiyindən təfərrüatlara toxunmuruq.


 


Bacanaqların biznesi və yaxud işdən çıxarılanların ətrafında cərəyan edən gizlinlər...


 


Lakin onu qeyd edə bilərik ki, çıxarılan bu şəxslərlə bağlı cox ciddi araşdırmalar gedir. Mümkündür ki, qəsa zamanda əsasən Fuad Əlizadənin sahib olduqları biznes sahələrindən tutmuş, nazirlikdəki fəaliyyətinə qədər çox ciddi məlumatlar ortaya çıxarılacaq. 


 


Biz isə hələlik bunlara toxunmadan qeyd edək ki, nazirlikdən uzaqlaşdırılanların Azərbaycan da daxil olamqla, Türkiyə və digər xarici ölkələrdə də çox böyük maliyyə qaynaqları var. Hətta bunların arasında eləsi var ki, vaxtı ilə nazirlikdəki vəzifəsini belə heçə sayaraq, Fransaya özünün ad gününü qeyd etməyə gedib...


 


Bu və ya digər məqamlarla bağlı araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik.


 


İttiham və iddialara qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq.

Teqlər:
Bu xəbər cəmi 2085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR