Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda kirayə evləri bahalaşdıran səbəblər

Bakıda kirayə evləri bahalaşdıran səbəblər


Makler: “Köhnə məhəllələrin, binaların sökülməsi kirayə evlərə tələbatı artırıb”



Yay tətilinin başlaması, təhsil ilin yekunlaşması ilə əlaqədar Bakıda kirayənişin yaşayan tələbələr evlərinə dönür. Bu səbəbdən də paytaxtda kirayə boş mənzillərin sayı artır. Bunun qiymətlərə təsiri olub-olmadığı haqda Bakının ev bazarındakı qiymətlərlə maraqlandıq. Maraqlıdır ki, paytaxtda kirayə evlərin qiymətində bahalaşma müşahidə olunur.



20 ildən çoxdur Bakıda maklerlik edən Ədalət Eyyubov bildirir ki, son zamanlar ev bazarında kirayə evlərin qiymətində artım müşahidə olunur: “Ötən illə müqayisədə Bakıda kirayə evlərin qiymətində 10-15 faiz artım görünür. Bu artımı tələbələrlə əlaqələndirməzdim. Əsas səbəb şəhərdə köhnə tikililərin üzərində pilot layihələrin çoxalması, köhnə binaların sökülməsi, bina sakinlərin binanın tikintisi başa çatana qədər müvəqqəti kirayənişin yerləşdirilməsidir. Ev bazarında kirayə mənzillərin qiymətində artım ərazi üzrə söküntü olmayan rayonlarda daha çox hiss olunur. Xüsusən də ”Əcəmi” metro stansiyası ətrafında. Yasamal rayonundan köçürülən əhalinin əksəriyyəti “Əcəmi”yə üz tutur. Bu yaxınlarda Nəsimi rayonunun “Papanin” adlanın ərazisində də bir neçə məhəllə sökülüb”.



Ə. Eyyubov onu da qeyd edir ki, bəzi tələbələr indidən növbəti tədris ili üçün ev icarəyə götürürlər: “Avqust-sentyabr aylarında sıxlıq olur deyə maddi imkanı normal olan tələbələr indidən növbəti tədris ili üçün kirayə ev seçirlər. Ancaq yenə də boş ev tapmaq mümkündür. Boş ev tapmaq əsasən qışda çətin olur. Çünki qışda evini dəyişmək istəyənlərin sayı az olur”.



Bakıda kirayə evlərin qiymətinə gəlincə, makler deyir, köhnə binalardan ucuz evlər tapmaq mümkündür: “Köhnə binalardan 250-300 manata əşyasız, 2 otaqlı mənzil tapmaq olar. Bu qiymət olan evlərin təmizliyi, təmiri o qədər də ürəkaçan olmur. Əla təmirli, şəraitli, əşyalı iki otaqlı evlər 350 manatdan başlayır. Qışda istilik sisteminin, yayda kondisionerin olması qiymətə təsir edir. Bakıda Nəsimi və Səbail rayonlarından şəhərin mərkəzinə doğru kirayə evlərin qiyməti bahadır. Ən ucuz kirayə evlər isə Qaradağ rayonundadır”.


Teqlər:
Bu xəbər cəmi 2930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR