Taksim Gezi Parkı hadisələrinə dəstək üçün Ankarada keçirilən nümayişləri izləyən media nümayəndələrinə hücumda şübhəli bilinən 4 nəfər gözaltına alınıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, gecə Dikmen küçəsində hadisələri izləyən "AA" fotomüxbirlərinə hücum olmuşdu.
Media nümayəndələrinin şikayəti əsasında təhqiqata başlayan Ankara Polis İdarəsinin əməliyyatçıları hadisədə şübhəli bilinən 4 nəfəri gözaltına alıb.
Araşdırmalar davam etdirilir.