Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Sertifikasiya imkan verəcək ki, imtahandan yaxşı nəticə göstərən müəllimlər daha yüksək əmək haqqı alsınlar"


Dünən Milli Məclisdə "Təhsil haqqında" qanuna bəzi dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri ondan ibarətdir ki, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil verənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiya olunacaqlar. Sertifikasiyadan keçən şəxslərə 5 il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.




 



Maraqlıdır, müəllimlərin sertifikasiyası Azərbaycanda təhsilə nə kimi töhfə verəcək? Sputnik Azərbaycan bu sualla da təhsil ekspertlərinə müraciət edib, onların bu təklifə münasibətlərini öyrənib.



Təhsil eksperti Asif Cahangirov Azərbaycan təhsilinə sertifikasiyanın gətirilməsini və qanuniləşdirilməsini alqışlayır: "Bu, beynəlxalq praktikada da var. ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə nə dərəcədə uyğun olmasını yoxlamaqdır".



Ekspertin fikrincə, sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq: "Bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək".



"Müəllimlik dünyada nüfuzlu sahələrdən biridir. Amma bu sahədə əmək haqqı azdır. Onu deyim ki, müəllimlər dünyanın bir çox ölkələrində az əmək haqqı alırlar. Düşünürəm ki, bu sahədə çalışan insan yaxşı əmək haqqı almalıdır ki, işini də keyfiyyətli görə bilsin, gördüyü işdən zövq alsın. Sertifikatlaşma imkan verəcək ki, imtahandan yaxşı nəticə göstərən müəllimlər yüksək əmək haqqı alsınlar. Bu təklif həm də rəqabəti artıracaq" — deyə həmsöhbətimiz əlavə edib.



A.Cahangirovun gözlərinə görə, Gürcüstanda artıq bu sistem tətbiq edilir: "Qonşu Gürcüstanda ingilis dilini mükəmməl bilən, imtahan nəticələri yaxşı olan müəllimlər daha çox əmək haqqı alırlar. Düşünürəm ki, bu sistemi bizdə də tətbiq edilsə, əla nəticələr əldə etmək olar".



Təhsil eksperti Kamran Əsədov isə deyib ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axırıncı dəfə 1994-cü ildə tətbiq edilib: "Ondan sonra məktəbdə çalışan müəllimlərin biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb".



O, da sertifikasiya təklifini müsbət addım hesab edir: "2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keçirilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faizinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Yeni tətbiq ediləcək sertifikasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır".



K.Əsədov sertifikasiya ilə attestasiyanın fərqinə də aydınlıq gətirib: "Bunlar arasında oxşarlıq olsa da, müəyyən fərqli cəhətlər var. Belə ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiyadan keçən müəllimin bilik və bacarığına müvafiq olaraq, diferensial əmək haqqı da tətbiq edilə bilər".



"Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma diferensial əmək haqqı tətbiq olunarsa (bunun da üzərində iş gedir), artıq müəllimin təhsilinə və stajına görə deyil, sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır" — ekspert vurğulayıb.




 



Kamran Əsədov onu da qeyd edib ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər: "Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir".



Onun fikrincə, attestasiyanın yerinə tətbiq ediləcək sertifikasiya zamanı müəllimlər yalnız test imtahanından deyil, həmçinin müsahibə mərhələsindən keçmələri daha məqsədəuyğun olar: "Yaxud da yaxşı olardı ki, müəyyən müəllimlərin bilik və bacarıqlardan əlavə qabiliyyət imtahanı verməsi də tələb olunsun. Sertifikasiya prosesi ölkədə ən yaxşı təhsil verənlərin müəyyənləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq edilməlidir".


Teqlər:
Bu xəbər cəmi 2655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR