Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda Elçibəyin anım mərasimi keçirilib

Bakıda Elçibəyin anım mərasimi keçirilib
Mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75-illiyi ilə bağlı keçirilən mərasim milli azadlıq hərəkatının veteranlarını bir araya gətirdi; profesor Cəmil Həsənli: “Elçibəy böyük mübarizə əzmi daşıyan bir mücahid olub”


“Qafqazinfo” Müsavat.com-a istinadən xəbər verir ki, iyunun 23-ü Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimə ölkəmizin bir çox tanınmış ictimai-siyasi xadimi, milli azadlıq hərəkatının veteranları və Elçibəysevərlər qatılmışdılar.



Tədbiri giriş sözü ilə Əbülfəz Elçibəyin kürəkəni, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli açdı. O, günün anlam və önəmi barədə zala toplaşanlara məlumat verdi. A.Səmədbəyli çıxışı zamanı bildirdi ki, bu anım mərasim Əbülfəz Elçibəyin ailəsinin təşəbbüsü ilə keçirilir.



Müsavat Divanının üzvü, BDU-nun professoru Almaz Əliqızı çıxışı zamanı mərhum Elçibəyi türkün qüdrətini özünə qaytaran bir siyasətçi kimi tanıdığını bildirdi: “Elçibəy Sovet ideoloji sisiteminin tüğyan etdiyi bir vaxtda türkün əzəmət və qüdrətini bütün dünyaya bəyan etdi. Elçibəy bu ulu millətin hər zaman dünyaya sahib olduğunu vurğulayırdı. Türk mədəniyyətinin yenidən dünyada nüfuz qazanmasına çalışırdı. O, hər zaman bu millət üçün çalışdı. Özünü heç bir zaman düşünmədi”.



Növbəti çıxışçı porfessor Cəmil Həsənli isə Elçibəyi mücahid kimi xatırladığını bildirdi: “20-ci əsr Azərbaycan tarixinin çox önəmli şəxsiyyətlərindən birinin doğum gününü qeyd edirik. Elçibəy böyük bir yol getmiş və özündə olduqca böyük mübarizə əzmi daşıyan bir mücahid olub. Əbülfəz bəy 60-70-ci illərdə müstəqil fikir daşıyıcısı olan bir gənclik ordusu yetişdirib. Gəncliyin müstəqil həyata hazırlanmasında Əbülfəz bəyin bir müəllim kimi böyük rolu olub. O heç vaxt jurnal yoxlamazdı. Çünki onun dərsini hər kəs səbirsizliklə gözləyirdi. Mən çalışırdım ki, onun bütün mühazirələrində iştirak edim. Onun tələbələrə dediyi mühazirələr milli davada bizlərə çox böyük kömək göstərib. Elçibəyin içərisində böyük bir türk sevgisi olub. Elçibəyin sadəliyi onu bu millətə daha da yaxınlaşdırdı. O bir daha sübut etdi ki, müstəqil olmaq azad olmaq deyil. Əbülfəz bəy bu mübarizənin hər zaman arxasında yox, önündə olacaq”.



Çıxış edən görkəmli şair Ramız Rövşən dedi ki, Əbülfəz bəyin kimliyi bu millətin kim olduğunu göstərir: ”Əbülfəz bəyi sevirsən, ya sevmirsən- bu parol kimi bir şeydir. Bəyi sevməyənlər, millətini sevmir. Elçibəy tanındıqça sevilir. O böyük müəllim və alim idi. Mən onunla çox vaxt mübahisələr etmişəm. Müxtəlif sahələri əhatə edən bizim mübahisələrimiz zamanı o hər zaman mənə bunu deyirdi “şair, həyəcanlanma”. Əbülfəz bəy Azərbaycan qadınına da, kişisinə də fərd anlaşıyını qazandırdı. Onun sadəliyi ətrafına yığışanlar günü-gündən artırdı. Onun işığı var və hər zaman olacaq”.



Ramiz Rövşən 1994-cü ildə Əbülfəz Elçibəy haqqında yazdığı şeri də səsləndirdi:



Sənə bir daş atar yerindən duran,



Səni sevdiklərin daş-qalaq eylər.



Bir əlində daş var, birində Quran,



Daş atan bilirmi nə günah eylər?



Silərsən gözündən axan yaşları,



Öpüb əzizlərsən sən o daşları,



Deyərsən: “Sağ olun, qan qardaşlarım,



Məni təzə daşa kim qonaq eylər?!”



Hər daş özü boyda köz olub yanar,



Cana damğa kimi basılıb yanar,



Qanlı yaraların qızarıb yanar,



Səni başdan-başa çılçıraq eylər.



Bircə tilsimin var, sevgi tilsimi,



Kim qırar Tanrıya bağlı bir simi?



Bilirsən Tanrı da öz Elçisini,



Min bir daş altında yenə sağ eylər.



Sən dözərsən ağrısına,



Daş dözməz, daş haray eylər.



O daşlardan Tanrı sənə,



Bir ev tikib saray eylər.



Professor İsmayıl Musayev çıxışı zamanı Elçibəyin keçdiyi həyat yoluna nəzər saldı: “Bu gün Elçibəy yolu deyirlər. Çoxları heç bunun nə olduğunu bilmir. Həm müxalifət, həm də iqtidarla olanlar özünü bu yolun yolçusu hesab edir. Buna əsla imkan verməməliyik. Biz Elçibəyi olduğu kimi qəbul edirik. Bu hakimiyyət ona qarşı repressiyanı hələ də davam etdirir. Azərbaycanda bir çox yeniliyin əsasını qoyan Əbülfəz Elçibəy haqqında məktəb dərsliklərində bir cümlə belə yazılmayıb”.



Elçibəyin prezidentliyi dövründə Azərbaycanın Türkiyədə baş konsulu olan Abbas Abdulla onu həsrətlə andığını vurğuladı: “Onun ruhu yalnız müstəqil və demokratik Azərbaycanın yenidən qurulması ilə şad olacaq. O, bir siyasətçi kimi çox həssas bir insan idi. Keçirdiyi ağrı-acını heç bir zaman biruzə verməzdi. Onun siyasətçi kimliyi bizi heyran edirdi”.



Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı isə çıxışı zamanı Elçibəyin özündə böyük bir cazibə qüvvəsi daşıdığını bildirdi:“Elçibəy ona görə dahi idi ki, onda cazibə qüvvəsi var idi. O ilk dəfə görüşdüyü insanın sevgisini qazanırdı. O sağlığında milli davanın mücadələsini edən bir şəxs idi və bir çox təşkilat yaratmışdı. O qeyri-standart düşünməklə dahiliyini bizə göstərirdi. Bu gün hesabat günüdür. Bizlər hər birimiz onun ruhu qarşısında hesabat veririk”.



İP KŞ üzvü Mehriban Vəzir isə Elçibəyin görmək istədiyi Azərbaycanın təməlinin Milli Şuranın yaranması ilə qoyulduğunu bildirdi:“Azərbaycan xalqı inanır ki, Elçibəyin ideyaları əsasında yaranan Milli Şura ölkəmizdə haqqın və demokratiyanın bərqərar olunmasına böyük töhvə verəcək. İnsanlarımız azad və firavan həyata qovuşacaq”.



Milli-azadlıq hərəkatının veteranlarından olan Rafiq bəy İsmayıl Elçibəylə birlikdə keçirdiyi tələbəlik illərindən danışdı: “Mən onunla tələbə olan vaxtı bir yataqxanada yaşamışam. Onunla birgə siyasi fəaliyyətimizin rüşeymlərini ortaya qoymuşuq. Bizim universitetdə lider tələbələri hər kəs çox yaxşı tanıyırdı. Onlardan biri də Əbülfəz Elçibəy idi. “Azərbaycan baharı”nın əsasını Əbülfəz bəy qoydu. Həmin bahar milli demokratik qüvvələrin sayəsində bu gün də davam edir. İnanıram ki, Elçibəyin siyasi kursunu mənimsəmiş çox dəyərli siyastəçilərimiz ölkəmizi işıqlı bir gələcəyə qovuşduracaq”.



Anım mərasimin sonunda Elçibəy haqqında yazılmış poema oğlu Ərturqut Əliyevə təqdim olundu.



Yekunda çıxış edən Aqil Səmədbəyli Elçibəy ailəsinin çox böyük çətinliklər gördüyünü, amma heç bir zaman əyilməyib, sınmadığını bildirdi:“Hər kəs çox gözəl bilir ki, bu ailə Bəyin prezident olduğu vaxt da çox böyük ehtiyaclar içərisində yaşayıb. Elçibəy elə bir şəxs idi ki, heç kəsin malında, loxmasında gözü yox idi. Yetimin haqqını yeməz, haqq sözünü hər zaman dilə gətirərdi. Təbii ki, onun bu sadəliyinə çamur atanlar oldu. Amma, Elçibəyin böyüklüyü onda idi ki, o həmin şəxslərə qarşı zərrə qədər kin saxlamırdı”.



A.Səmədbəyli son olaraq bildridi ki, Elçibəy ailəsi hər zaman onun ideyalarına sadiq qalıb və bundan sonra da o sadiqliyini nümayiş etdirəcək.



Qeyd: Çıxışlar tam halında yox, texniki imkanlara görə, qısa sitatlarla təqdim olunur.


Teqlər:
Bu xəbər cəmi 1745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR