Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İki məmurun iş birliyi və mənimsənilən büdcə vəsaitləri… – İTTİHAM

İki məmurun iş birliyi və mənimsənilən büdcə vəsaitləri… – İTTİHAM


6 saylı Yol İdarəsinin müdiri Şükür Aslanovla 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev əlbir olub “daşdan pul çıxarmağı”, həm də böyük pullar çıxarmağı asanlıqla başarıblar



Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülür və yollar nisbətən gediş-gəliş üçün rahatlaşdırılır. Əlbəttə ki, buna görə “Azəravtoyol” ASC-nin 6 saylı İmişli Yol İdarəsini və 37 saylı Beyləqan Yol İstismar İdarəsini ancaq alqışlamaq olar. Təbbi ki, əmma olmasa…



Bizim məmurların “daşdan da pul çıxarmaqda” və paralel olaraq dövlət büdcəsini talamaqda tayı bərabəri olmadıqları şübhəsizdir. Elə Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülməsində də eyni vəziyyət müşaiyyət olunmaqdadır. Yenə heç kimin gözləmidiyi bir yerdən bizim məmurlarımız 100 minləri dövlət büdcəsindən çıxarıb öz ciblərinə qoymağı başarırlar.



PİA.AZ-a Beyləqandan daxil olan məlumata görə 6 saylı Yol İdarəsinin müdiri Şükür Aslanovla 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev əlbir olub “daşdan pul çıxarmağı” (burda konkret olaraq çınqıldan), həm də böyük pul çıxarmağı asanlıqla başarıblar. Və bu məmurlar dövlətə həm də iki tərəfli ziyan vururlar.



Belə ki, Beyləqan və İmişli kəndlərinin yollarına çınqıl tökən Şükür Aslanov və Füzuli Quliyev çınqılı qanunsuz olaraq Beyləqanın Daşburun deyilən ərazisindən daşıyırlar. Məsələ ondadır ki, sözü keçən çınqıl karyeri heç bir yerdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir. Şükür Aslanov və Füzuli Quliyev çınqıl üçün bir qəpik belə xərcləmədən həmin karyerdən hər gün onlarla maşın çınqıl daşıyırlar. Təbii ki, sənədlərdə çınqıl pulla alınır və ayrılan vəsaitdən güya çınqıl üçün pul xərclənir. Əslində isə çınqıl üçün ayrılan dövlət pulları Şükür Aslanovla Füzuli Quliyevin cibinə transfer olunur. Etiraf etməliyik ki, dövlət büdcəsini talamaq və “daşdan pul çıxarıb” cib doldurmaq üçün yaxşı üsuldur…



Maraqlıdır ki, ölkənin təbii ehtiyyatları qanunsuz olaraq Ekologiya və Təbii Sərvətlər Nazirlinin və Fövqıladı Hallar Nazirliyinin Beyləqan təmsilçilərinin gözləri qarşısında baş verir. Onlar sakitcə və sükutla hər gün ölkənin təbii sərvətlərinin necə talan olunmasını seyr edirlər və böyük ehtimalla bundan da karlı çıxırlar.



Xatırladaq ki, “Azəravtoyol” ASC-nin 6 saylı yol idarəsinin müdiri Şükür Aslanov Aran zonasında ən imkanlı məmur kimi tanınır. Bir neçə gün öncə isə İmişlidə Şükür Aslanova məxsus karyerdə işləyən işçinin ölməsi barədə ölkə mətbuatında məlumatlar yayılıb. Həmin məlumatlarda vurğulanırdı ki, qəza nəticəsində ölən fəhlə elə gecəykən basdırılıb və məsələ hüquq mühafizə orqanlarından gizlədilməyə çalışılıb. Ancaq məsələnin üstü açılıb və hazırda Şükür Aslanovun karyeri hüquq mühafizə orqanları tərəfindən bağlanılıb.



Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 2205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR