Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bəzi icra başçıları etimadı itiriblər - Deputat onların yola salınacağı mesajını verdi

Bəzi icra başçıları etimadı itiriblər - Deputat onların yola salınacağı mesajını verdi

Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri gerçəkləşdirdi.






İndi növbə rayon və şəhər İcra hakimiyyətlərinin başçılarına çatıb. Son günlər bəzi icra baçşılarının vəzifədən kənarlaşdırlıması bunun əyani sübutudur. Yasamal, Binəqədi, Gədəbəy, Naftalan, Tovuz, Ağdam rayon İcra hakimiyyətlərinə başçılıq edən məmurların "vurulması” təsadüf deil.


 



 



Bəs icra başçılarının dəyişdirilməsi nədən qaynaqlanır? Onlar niyə etimadı lazımınca doğrulda bilmirlər?


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.azsaytına deyib ki, bu proses kadr islahatlarının tərkib hissəsidir:


 



 



"Bilirsiniz, növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan Konstitusiyasına əsasən, yeni hökümət təşkil olundu və ciddi kadr dəyişiklikləri baş tutdu. Yəni yuxarı icra orqanlarında həm struktur, həm də kadr dəyişiklikləri reallaşdı. Təbii ki, bu, islahatların tərkib hissəsidir. Aparılan islahatlar, 9 istiqamət üzrə olan konsepsiyanın ən mühüm tərkib hissələrindən biri də yerlərdə intizamın möhkəmləndirilməsi və bu kimi başqa işlərdir. Əlbəttə, bunun davamının olmasını arzulayardım.


Prezident yuxarıdan inqilabi dəyişikliklərə başlayıb. Və birmənalı şəkildə qarşıya vəzifə qoyulub ki, təyin edilən kadrlar düzgün işləsinlər, özlərini doğrultsunlar. Əgər Nazirlər Kabinetində 30-40 nəfər ən yüksək çinli hökümət üzvü varsa və onlarla bağlı dəyişiklik olubsa, rayon-şəhər icra orqanları bir növ orta pillə icra orqanlarıdır, həm də çoxsaylıdır. Təbii ki, bunlar arasında özünü doğruldanlar, doğrultmayanlar, prezidentin tapşırıqlarını yerinə yetirə bilməyənlər, qanunları yaxşı icra etməyənlər də olub. Bu baxımdan islahatlar davam etməlidir”.






 



 





Deputat qeyd edib ki, bəzi icra başçıları özlərini doğrulda bilmirlər:


"Hesab edirəm ki, bu proses birinci növbədə cənab prezidentin kadr siyasətinin tərkib hissəsidir. İcra nümayəndələri, rəhbərləri özünü doğrultmurlar. Normal olaraq onlar işindən azad edilir və ya dəyişdirilir. Burada başqa məna axtarmaq istəməzdim. Burda hər hansı bir bəhanə əsas götürülə bilər. Amma əsas səbəb prezidentin islahatlarıdır. Ölkə başçısı qarşıya bir məsələ qoyub. Bütün səviyyələrdə qanunsuzluqlar aradan qaldırılmalıdır. Görürsünüz, BMT təşkilatlarında belə, bizim "Asan Xidmət”i Azərbaycan brendi kimi müzakirə edirlər. Getdikcə Azərbaycanda korrupsiyaya, qanunsuzluğa qarşı mübarizə artır. Cəmiyyətdə xalqın etimadını doğrultmağın bir yolu var. Təmiz kadrlar yerləşdirilməli, özünü doğrultmayanlar kənarlaşdırılmalıdır ki, xalqın sənə sevgi və hörməti olsun. Əks halda bu, yaxşı effekt verməz”.


 






Teqlər:
Bu xəbər cəmi 1530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR