Bu yay Azərbaycanda anormal istilər olacaq.
Yenimeydan.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva açıqlama verib.
Nazirlik rəsmisi bildirib ki, anomal istilərin uzunmüddətli olacağı gözlənilir: "Ötən illərdə olduğu kimi, 2018-ci ilin yay aylarında anomal istilər gözlənilir. Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq".