Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət özəlləşdirmə prosesindən qazanır, yoxsa itirir...

Dövlət özəlləşdirmə prosesindən qazanır, yoxsa itirir...


Vahid Əhmədov: “Qanuna uyğun olaraq özəlləşdirilən müəssisələr 3 il müddətində öz təyinatı üzrə işləməlidir, ancaq...”



Vüqar Bayramov: “Özəlləşdirmə birinci mərhələdir, ikinci mərhələdə bu  müəssisələrin dövlət tərəfindən dəstəklənməsinə, onların sağlamlaşdırılması ilə bağlı prosesin davam etdirilməsinə ehtiyac var”



Dövlət əmlakının özəlləşdirilməsi prosesi davam edir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin iyunun 27-də  keçirəcəyi  növbəti hərracda 114 dövlət əmlakının  özəlləşdirilməsi nəzərdə tutulur. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.



İri həcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər.



Səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi,  aqrar sahənin  inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.



Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər.



Cəmiyyəti düşündürən əsas məqam isə bu dövlət əmlaklarının nə dərəcədə real bazar dəyərlərinə uyğun qiymətləndirilməsi və bu prosesdən dövlət büdcəsinə nə qədər vəsaitin daxil olmasıdır.



Önəmli suallardan biri də özəlləşdirilən dövlət müəssisələrinin yeni sahiblərinin bu obyektlərdən təyinatını saxlaması, müəssisənin fəaliyyətinin davam edib-etməməsidir.



Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  bildirdi ki, qanuna uyğun olaraq özəlləşdirilən müəssisələr 3 il müddətində öz təyinatı üzrə işləməlidir: “Ancaq təəssüf ki, buna bir o qədər əməl olunmur, nəzarət də edilmir. Ancaq özəlləşdirmə prosesi şəffaf aparılır. Özəlləşdirmə prosesində mənim tanıdığım insanlar da iştirak edir  və onlar da təsdiqləyirlər ki, səhmdar cəmiyyətlərdən tutmuş avtomobillərə qədər hər bir əmlakın özəlləşdirilməsi şəffaf qaydada aparılır.



Özəlləşdirmədən gələn gəlirlər dövlət büdcəsinə daxil olur. Büdcədə kəsirin bağlanmasına yönəldilən vəsaitlərdən biri də budur. Özəlləşən obyektlərin siyahısı da açıqlanır, Dövlət Əmlak Komitəsinin qəzetində dərc olunur. Yəni bu prosesdə heç də gizli aparılmır".



Qiymətləndirmə prosesinə gəlincə, deputat bildirdi ki, özəl sektordakı qiymətləndirmə ilə dövlət sektorunun qiymətləndirməsi bir qədər fərqli ola bilər: “Bu, daha çox hərracdakı vəziyyətdən asılıdır ki, kim hansı qiyməti verəcək. Dövlət Əmlak Komitəsi müəyyən bir qiymət təyin edir, əmlak həmin qiymətə satılmır, sonra bir qədər ucuzlaşdırılır. Bunu artıq bazar müəyyən edir”.



İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, əvvəlki dövrlərlə müqayisədə son vaxtlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclara maraq  və tələb artıb: “Bizim apardığımız monitorinqlər göstərir ki, xüsusən də son iki ayda özəlləşdirmə prosesinə maraq artb. Əgər əvvəlki dövrlərdə hərraclara çıxarılan əmlakın satılmasında çətinliklər var idisə, daşınar və daşınmaz əmlak bir neçə dəfə hərraca çıxarılırdısa, son iki ayda satış daha qısa zamanda həyata keçirilir. Nəticə etibarilə həm daşınar, həm də daşınmaz əmlaka tələbin artması müşahidə edilməkdədir. Bunun əsas səbəblərindən biri elektron hərracların tətbiq edilməsidir. Çünki bu, özəlləşdirmə prosesində şəffaflığın artmasına xidmət edir və birbaşa kənar müdaxilələrin aradan qalxmasına səbəb olur.



İqtisadçı ekspert Vüqar Bayramov ile ilgili görsel sonucu



2017-ci ildən etibarən milli valyutanın stabilliyinin qorunub saxlanılması da daşınmaz əmlaka marağın artmasına səbəb olub. Son dövrlər sahibkarların hərraclara marağı artıb və hərraclarda bu özünü göstərir.



Kütləvi özəlləşdirmə artıq başa çatıb. Hazırda daha çox dövlətin payı olan müəssisələrin dövlət payının özəlləşdirilməsi həyata keçirilir. Eləcə də nisbətən iri dövlət müəssisələrinin investisiya layihələrinin özəlləşdirilməsi həyata keçirilir. Bu baxımdan özəlləşdirmə prosesi yeni mərhələdədir. İndiki mərhələdə əsas məqsəd büdcə gəlirlərinin artırılması deyil, yəni fiskal istiqamət prioritet deyil. Prioritet ondan ibarətdir ki, özəlləşdirilən dövlət mülkiyyətinin özəl mülkiyyətə transferi həyata keçirilsin. Məqsəd daha çevik idarəetməyə malik olan, korporativ idarəetmə sistemini tətbiq edən özəl şirkətlərin yaranmasına nail olmaqdır. Bu kontekstdə biz daha çox dövlətin səhmdar cəmiyyətlərdəki payının özəlləşdirilməsini müşahidə edirik ki, növbəti aylarda da bu proses davam edəcək".



İqtisadçının sözlərinə görə, əhəmiyyətli məqamlardan biri də özəlləşdirilmiş müəssisələrin sağlamlaşdırılması, onların profilə uyğun olaraq fəaliyyətinin davam etdirilməsi, dövlətin bu istiqamətdə dəstəyinin davam etdirilməsidir: “Bu istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var. Çünki özəlləşdirmə birinci mərhələdir. İkinci mərhələdə özəlləşdirilmiş müəssisələrin dövlət tərəfindən dəstəklənməsinə, onların sağlamlaşdırılması ilə bağlı prosesin davam etdirilməsinə ehtiyac var.  



Dövlət tərəfindən əsasən 3 istiqamətdə dəstək həyata keçirilə bilər. Belə ki,  özəlləşdirilmiş müəssisələrin idarə edilməsi, maliyyə resurslarına çıxış imkanları, ixrac və digər standartlarla  bağlı, həmçinin investisiya planlarının hazırlanması ilə bağlı həmin müəssisələr üçün texniki yardım və təlimlərin həyata keçirilməsi çox önəmlidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, hər hansı qurumun özəlləşdirilməsindən sonra müəssisənin idarə edilməsi ilə bağlı, o cümlədən idarəetmənin müxtəlif tərəfləri ilə bağlı dövlət tərəfindən təlimlər keçirilir. Bu da müəssisənin fəaliyyətinin genişləndirilməsi və sağlamlaşdırılması baxımından çox vacibdir. Ancaq təəssüf ki, ölkəmizdə bütün  bunları müşahidə etmirik".



V.Bayramov qeyd etdi ki, ikinci vacib məqam özəlləşdirilmiş müəssisələrin güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır: “Müəssisə özəlləşdirilərkən dövlət büdcəsinə müəyyən ödənişlər həyata keçirilir, bu  zaman müəyyən xərcləri olur. Bundan sonra isə fəaliyyətini genişləndirmək üçün maliyyə və kreditə ehtiyacı var. Bu mənada yaxşı olardı ki, özəlləşdirilmiş müəssisələrlə bağlı ayrıca güzəştli kreditlər verilsin. Bunlar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirilə bilər. Özəlləşdirilmiş müəssisəslərlə bağlı prioritet istiqamətlərdən biri də bu kreditlərin verilməsi olmalıdır.



Üçüncü istiqamət isə daha çox inkişaf etmiş ölkələrdə müşahidə olunur. Bu, özəlləşdirilmiş müəssisələrə texniki yardımdır. Çünki bu müəssisələr hələ də keçmiş texnologiyalardan istifadə edirlər. Onların yeni texnologiyalara ehtiyacı var. Nəticədə dövlət həmin müəssisələr üçün güzəştli şərtlərlə, hətta bəzən tam ödənişsiz texnoloji yardım edə bilər. Nəticədə bu qurumlar daha keyfiyyətli məhsul istehsal edə və ya xidmət göstərə bilərlər.



Özəlləşdirilmiş müəssisələrin sağlamlaşdırılması üçün qeyd etdiyim bu üç istiqamətin həyata keçirilməsinə ehtiyac var. Əsas məqsəd təkcə bu müəssisələri özəlləşdirməkdən yox, həm də onları sağlamlaşdıraraq real iqtisadiyyata faydalarını artırmaqdan ibarət olmalıdır".(Yeni Müsavat)


Teqlər:
Bu xəbər cəmi 2125 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR