Dövlət Gömrük Komitəsində növbəti kadr dəyişiklikliyi olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindənverilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürülüb.
Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin edilib.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.