Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov iyulun 5-də Masallı rayonunda vətəndaşların regional qəbulunu keçirəcək.
Bu barədə "APA"ya DTXK-dən məlumat verilib.
Görüşdə Masallı, Lerik, Yardımlı, Astara, Biləsuvar, Cəlilabad rayonları ilə yanaşı, Lənkəran şəhərinin də vətəndaşlarının müraciətlərinə baxılacaq.