Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı biznesmen həbs edildi

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı biznesmen həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, "pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.


 


Yenimeydan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.


 


"Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki "Bakinskiy bulvar” restoranında heyrətdən donub qalmış azərbaycanlıların gözü qarşısında saxlanılıb. Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsadət qaldırılıb. Məhkəmə vəsadəti təmin edib və Novruzovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.




Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla (hətta ola bilsin yüzlərlə) ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var. Novruzov bir neçə şirkətin sahibidir. Hüquqi şəxslərin qeydiyyatı Vahid Reyestrində göstərilir ki, Novruzov Vahid Məmməd oğlunun adına  Mıtişi şəhərində fəaliyyət göstərən "H v M” MMC, "Real-Alfa” MMC və digər bir neçə şirkət qeydiyyatdadır. Sonuncu şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.




"Pomidor kralı” Novruzovun hansı vəzifəli şəxsi rüşvətlə ələ aldığı barədə məlumat yoxdur. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur və onun biznesi illərdir yerli məmurlarla, o cümlədən yüksək vəzifəli polislərlə korrupsiya əlaqələri sayəsində çiçəklənib. Bildirilir ki, hazırda  da iri ulduzlu paqonlular və ciddi vəzifələr tutan korrupsionerlər Novruzovun barəsində təhqiqatı əngəlləməyə çalışırlar.




Belə ki, Novruzovun yerli prokurorluq və polis orqanlarının rəhbərləri ilə sıx əlaqələri var. Və onun problemləri şəhər rəhbərliyinin dəyişməsindən və ticarətə cavabdeh olan məmurların yeniləri ilə əvəzlənməsindən sonra başlayıb. O da istisna deyil ki, Novruzovu sadəcə olaraq biznesini əlindən almaq üçün sıxışdırırlar.

Teqlər:
Bu xəbər cəmi 1855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR