Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın tərəfdarları Kayseridə onun ətrafına toplaşıblar. Yüz minlərlə insan qarşısında çıxış edən baş nazir etirazçiları kəskin tənqid edib. Xüsusilə “Dayanan adam” aksiyası keçirən etirazçıları pisləyib.
“Əvvəl də demişdik ki, onlar sülh prosesinə qarşı təxribat etməyə çalışır. Son hadisələr onların sülh prosesinə qarşı təxribatının baris nümunəsidir”,- deyə R. T. Ərdoğan bildirib.
Bir yerdə hərəkətsiz dayanaraq etiraz edən insanlara hökumətin kinayə ilə yanaşması müxalifətin kəskin tənqidinə səbəb olub. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəsmisi Məhərrəm İncə bu məsələni özünə məxsus şərh edib.
Bu arada Anakarada vətəndaşlar Ərdoğana dəstək nümayiş etdiriblər. Bundan başqa, Kosovoda yaşayan türklər də baş nazirin xeyrinə aksiya təşkil ediblər.
Bununla yanaşı, Ankarada xeyli sayda etirazçı şəhər məhkəməsinin binası qarşına toplaşıb. Onlar polisin aksiya təşkilatçilarının evlərinə edilmiş reydləri pisləyiblər (anspress).