Mayın 13-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.
Mia.az-ın xəbərinə görə, abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənə bilər.
İmtahan nəticələrinin qrafik təsviri ilə Mərkəzin internet səhifəsində də tanış olmaq mümkündür.