Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nadir İsrafilov: “Belə getsə, biraylıq körpənin də bağçaya getməsini təklif edəcəklər”

Nadir İsrafilov: “Belə getsə, biraylıq körpənin də bağçaya getməsini təklif edəcəklər”


“1 yaşlı uşağa təhsil verilməsi… Belə getsə ondan narahatam ki, məktəbəqədər təhsilin 1 aydan başlanılması barədə başqa bir yeni təklif verilsin…”



Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O,“Təhsil haqqında” qanunda məktəbəqədər təhsillə bağlı ediləcək dəyişikliyin əslində sual doğurduğunu bildirib:



“Təklif qəbul ediləcəyi halda ortalığa sual çıxa bilər: Bir yaşında uşağı ana nəvazişindən, ailə tərbiyəsindən təcrid edərək, erkən “ictimailəşdirmək” bir yana, ona hansı məzmunda və hansı formada təhsil verməkdən söhbət gedə bilər?!”



Ekspert məktəbəqədər təhsil haqqında qanun maddəsinin tarixinə də nəzər salıb:



“Bir vaxtlar bu müəssisələr məktəbəqədər tərbiyə müəssisələri adlanırdı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il 12 № -li sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Qanunun 30-cu maddəsinə müvafiq olaraq, bu müəssisələrin nümunəvi Əsasnaməsini də təsdiq etmişdi.



Sonralar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni təsdiq etməklə bərabər “Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarını ləğv etdi.



Deməli, əgər bu təklif qəbul olunarsa təhsilin bu pilləsinə təhsillə yanaşı tərbiyə sözü də əlavə olunmalıdır. Çünki 1 yaşlı uşağa təhsil verilməsi… Belə getsə ondan narahatam ki, məktəbəqədər təhsilin 1 aydan başlanılması barədə başqa bir yeni təklif verilsin…”



Qeyd edək ki, “Təhsil haqqında” qanunun  18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək. Hazırki qanunvericiliyə əsasən isə məktəbəqədər təhsil 3 yaşdan başlayır.


Teqlər:
Bu xəbər cəmi 2620 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR