Bu gecə Ay öz orbiti üzrə Yerə ən yaxın nöqtəyə çatacaq. Bunun sayəsində insanlar “Super Ay”ı görə biləcəklər.
Məlumatı NASA yayıb. Maksimum yaxınlaşma nəticəsində Ayla Yer arasındakı məsafə 356,991 min km olacaq. Adi vaxtlarda isə bu məsafə 384,402 min km olur.
Bəzi fərziyələrə görə, “Super Ay” adlandırılan bu kosmik hadisə sunami, qasırğa, zəlzələ və s. kimi böyük miqyaslı təbii fəlakətlərə səbəb ola bilər. Lakin NASA həmin fərziyələri təkzib edir.
Qeyd edək ki, bu hadisə növbəti dəfə 2014-cü ilin avqust ayında baş verəcək.