Aprelin 21-də Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
“Yenimeydan.info” xəbər verir ki, hökumətin yeni tərkibində artıq parlamentin 4 üzvü də iştirak edir. Onlar Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.
Bildirək ki, son təyinatlarla birgə artıq Milli Məclisdə 6 deputat yeri boş qalıb.