Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sizi nə bu millət, nə də tarix bağışlamayacaq!

Sizi nə bu millət, nə də  tarix bağışlamayacaq!


Prezident  seçkilərinin vaxtından əvvəl təyin edilməsi  gözlənilən idi. Hələ prezidentlik ünstitutu yaradılandan sonra  bu prosesin baş verməsi proqnozlaşdırılırdı. Lakin o vaxt hər şey sakitliklə keçdi  və bu baş vermədi.



Yaxın qonşumuz və dünyanın super güclərindən biri-  Rusiyada prezident seçkilərinin vaxtından qabaq təyin edilməsi  Azərbaycana təsirsiz ötüşməyə bilməzdi. Heç kəsə sirr deyil ki, ölkəmizdə baş verən hadisələrin idarə olunmasında Rusiya faktorunun rolu inkar olunmazdı. İstər  işğal olunmuş torpaqlarımızın  geri qaytarılmasında, istər xarici və daxili siyasətdə rus amili daim əngəllər yaradır.



Rusiya sözdə bizimlə yüksək münasibətlər yaradılmasından danışsa da, Qarabağ və ətrafyanı rayonların 25 ildən artıq erməni  təcavüzkaların işğalı altında məhv edilməsi məhz onların təsiri ilədir. Yoxsa bir milyondan artıq qaçqın silahsız İrəvana qədər gedib çıxa bilər. Bunları sadalamaqda məqsədim  odur ki, prezident seçkilərinin önə çəkilməsinin həbsdə olan İlqar Məmmədovun azad olunmsı ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu yalnız Rusiya faktoru ilə baş tutdu.



Prezident seçkilərinə start verilsə də, özünü müxalifət hesab edən qüvvələr seçkinin “baykot” yolunu tutmaqla cəmiyyətə öz acizliklərini bir daha göstərdilər. Göstərdilər ki, onlar "facebook"  səhifələrində və bir neçə digər özlərinə yaxın mətbu orqanlarında ağzına gələnləri  yazmaqdan və pafoslu çıxışlar verməkdən başqa bir  şeyə yaramırlar. Baykot qərarını verməklə İlham Əliyevin qələbəsini daha da asanlaşdırdılar. Deyəcəksiniz bizim mətbu orqanlarımızı bloka salıblar. Atalar misalı var “Nə tökərsən aşına, o da çıxar qarşına”. Bəs  Azərbaycan  müxalifətini parçalayıb, sonra bloklara yığanda bu günü düşünmürdünüzmü? Təmiz vicdanlı insanların etimadından istifadə edib arxanızca aparıb, sonra da cılız maraqlar ortaya çıxan kimi silib atanda bloka düşəcəyiniz ağlınıza  gəlmirdimi?



Azərbaycan müxalifətini parçalamaq,  gələciyimizi müəyyənləşdirən ideologiyaları parçalamaq idi. Cəmiyyət üçün   düşünən insanları ayrı-ayrı partiyalara bölüb, bir-birinə düşmən münasibət bəsləməyi  qabağınıza məqsəd qoyanda fikirləşməliydiniz ki,  gələcək taleyiniz belə olacaq. Sizin zərbəniz  işğalçıların  zərbəsi qədər bağışlanmazdır. O vaxt yanınızda olan, haqqı hayqıran yazarlarımız indi korrupsioner məmurların  əlinin altında komputer şüası altında məhv olur və onların müdafiəçiləridir. Səbəbi isə sizlərsiz. Sizdən dəyər ala bilmədilər. Satılmağı, oynamağı , rəng dəyişməyi də  yəqin  ki, sizdən öyrəndilər.



İndiki müxalifət adına idda edənlər o vaxtın hakimiyyətdə olanlarıdır. Ölkəni idarə olunmaz hala gətirdilər , müxalifətə bir bayraq alıtında keçdilər və bir kreslonun ətrafına yığışdılar. Sonra bayraqlar da çoxaldı, kresloların sayı da.. Yəni hakimiyyədə necə olmuşdularsa, müxalifətdə də elə oldular.. Xidməti maşın, mühafizə, yaraşıqlı kabinetlər və lüks həyat.. Təmsil etdiklrəri müxalifət isə eyni ilə o vaxt hakimiyyətdə olduqları vaxt ölkənin vəziyyətini tam əks etdirir.



Əgər hansı şəxslər ki, şəxsi marağa görə mövqeyini  tez-tez dəyişirsə, yanındakını satırsa, o dövləti də satacaq. Onlara ölkənin tale yüklü məsələlərini  həvalə etmək lmaz.  Hər kəs layiq olduğu yerdən bərk yapışıb.. Zərbə isə yenə xalqa dəyir.



Təsəvvür edin, İlham Əliyev kimi nəhəng siyasətçiyə qarşı  Zahid Oruc, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev və s. çəkisiz  insanlar mübarizə aparacaq.. Çox , amma çox gülməli situasiyadır..



Bəs  vaxtilə ən böyük müxalifət partiyası olan müsavatı parçalayan İsa Qəmbər və Arif Hacıyev,  AXCP-ni parçalayan Əli Kərimli və Mirmahmud qanadlı hissələr , Lalə Şövkət,  Etibar Məmmədov, Rəsul Quliev, Sərdar Cəlalğlu və.s özünü liderliyə iddia edənlər   seçkilərdə niyə  iştirak etmir? Azərbaycan gəncliyini  və təmiz vicdanlı insanların inamından  istifadə edərək, ardınca aparan və sonda yarıyolda qoyan  zadların ruhları sızlamırmı? 



O vaxtlar öz qohum-əqrabalarını və kiçik səltənətlərini  qorumaq məqsədi ilə Azərbaycanı  parçalayan və bir bayraq altında birləşməyib rusun  qucağında oturmaq üçün qaçan  xanların indiki bölücülərlə nə əlaqasi var? Bəlkə də onların törəmələridir.



İsti kabinetlərində, yumşaq kreslolarda gözəlçə katibələrlə vaxtlarını “mənalı” keçirən liderlərin hansının atası  150 manat pensiya ilə dolana bilməyib, iş tapa bilməyən övladlarının üstünə yüklənir?



Hansının övladı illərlə iylənmiş “çin” ayaqqabısı ilə məktəb yollarında yarıac-yarıtox,  onurğasını əyən mənasız kitablarla dolu çanta gəzdirmək məcburiyyətindədir?



Hansının övladının ən sevimli yeməyi "broyler toyuğunun mənşəyi bilinməyən yağda qızartmasıdır"?



Onlardan hansı hər gün artan bahalığı, yoxluğu, borcla yaşamağı hiss edib?



Bu gün işğal olunmuş torpaqlardan qaçqın düşən insanlar 25 ildən artıqdır ki, müəyyən bir ünvana yerləşib və yeni dünyaya gələnlərin 25 yaşı var və onların da yeni  uşaqları dünyaya gəlib. Yəni qaçqınların körpələri ata, gəncləri isə  Bakıda baba oldular, baba.. Artıq onlar  doğulduqları   yerləri doğma sayır və onları yalnız onlara ayrılan məvacibin çoxluğu maraqlandırır.



 Qaçqınlar üçün yeni salınan qəsəbələr, onlara hər ay verilən milyonlarla dotasiyalar işğalda olan torpaların unudulmasına hesablanmayıbmı ?O qəsəbələrin salınmasına ayrılan milyonlarala ən müasir  silahlar alıb, torpaqlarımızı işğaldan azad etmək üçün dünyanın ən güclü ordusuna sahib olmaq olardı.  Daha nəyi gözləyirsiz ? Ağ atlı oğlanı ? O, nağıllarda olur, gəlməyəcək.



Bakıdan ən ucqar kəndə kimi ölkə ərazisi məmura ordusu tərəfindən qarış-qarış bölünməyibmi?



Orta məktəblərdə şagirdlərin uzdən iraq səhnələrinin yayılması , müəllim və şagird arasında olan qiymət anlaşmaları, hazırlıq kursu keçməyənin ali məktəb məzunu olmasının imkansızlığı  təhsilin nə vəziyyətdə  olmasına sübut deyilmi? Gecə- gündüz min əzab-əziyyətlə qazandıqları ilə övlad oxudan valideynlərin uşaqlarının  iş yeri tapa bilməməmələri  dəhşətli  deyilmi?



Hörmətli özünü müxalifət hesab edənlər! Bunlarda heçmi sizin günahınız yoxdur? Çünki , yalnız  müaxilifəti olmayan iqtidar  xalqı istədiyi formada idarə edarə edəcək. 



İcra başçılarını, nazirləri və digər məmurları illərdir kresloya yapışmaları  tənqid edən müxalifət liderləri  nə vaxt yerlərindən, mənasız dəyirmi maslardan imtina edib?  Heç vaxt . Çünki hər kəs durumundan məmnun..



Bütün özəl sektorun  inhisara alınaraq kiçik sahibkarlığın məhv edilməsi, gömrük məntəqəsində xaricdən ucuz qiymətə aldıqları ərzağın monopilistlərin maraqğı qorunsun deyə ayaqlar altına atılması heç kimin vecinə deyil.  Ard-arda artırılan qiymətlər, vergi rüsumları, cərimələr heç kəsi maraqlandırmır. Məşəqqətlərə dözməyib intihar edənlərin sayı günü-gündən artır. Bunların hamısında qış yuxusunda olan müxaliflərin də  günahı var. Müxalifəti olmayan iqtidar hər şeyi sərbəst şəkildə həyata keçirəcək.



Yayda dəniz qirağına giriş ödənişli, meşələrdə hava almaq ödənişli, yol kənarında maşın saxlamaq ödənişli, bulaq başında su içmək ödənişli, dünyaya uşaq gətirmək ödənişli, sənəd almaq və vermək ödənişli, öz evində yaşamaq  ödənişli və ölmək belə ödənişldir. Bu ölkə bizim vətənimiz deyilmi?  Haqqımız kim tələb edəcək?



Deputat maaşının hayınada, ziyalı işinin dalında, siyasətçisi pul ardınca, təbibi faiz gözləməkdə , müəllimi tələbədən alacaq dərdində, məmuru talamaq dərdində, satıcısı allatmaq xəyalında, gənci  əyləncə axtarmaqda, şairi yaltaqlıq  xislətində olan xalqın nicatı yalnız müstəmləkədir.



 Deyəcəksiz ki, imkan vermirlər.. Stalin ideyasını həyata keçirmək üçün həbsaxanada  itin yaladığı qabda yemək yeyib. Siz isə bir kresloya hər şeyi satırsız..Sizi nə bu millət, nə də  tarix bağışlamayacaq..



Talıb Əhədov


Teqlər:
Bu xəbər cəmi 3320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR