Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Mərkəzi Neftçilər Xəstəxanasının işdən azad edilən baş direktoru Leyla Seyidbəyova 7 saylı doğum evinə baş həkim təyin olunub.
Bu barədə Milletinsesi.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Qeyd edək ki, Leyla Seyidbəyovanın Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən öz ərizəsi ilə azad olunduğu barədə az öncə məlumat yayılmışdı.