Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputatdan “qara siyahı”dakı azərbaycanlı oliqarxlara çağırış -“Vəsaitlərini Azərbaycana yatırsınlar”

Deputatdan “qara siyahı”dakı azərbaycanlı oliqarxlara çağırış -“Vəsaitlərini Azərbaycana yatırsınlar”

ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar Şimal qonşumuzda yaşayan Azərbaycan əsilli milyarderlərdən yan ötməyəcək. Belə ki, ABŞ Maliyyə Nazirliyinin tərtib etdiyi sanksiya siyahısında əslən Azərbaycandan olan 4 milyarderin - Fərhad Əhmədov, Qod Nisanov, Vahid Ələkbərov və Araz Ağalarovun da adı daxil edilib. Onlar digər 92 oliqarxla birlikdə Amerika üçün “arzuolunmaz” şəxslər hesab olunacaqlar.


 


Azərbaycan əsilli milyarderlərin ABŞ-ın qara siyahısına düşməsi ölkəmizdə necə qarşılanır? 


 


Azərbaycanda bu adamların sanksiyalardan hansı zərəri çəkəcəklərini düşünürlər? Suallara cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslərdən cavab almağa çalışdıq.


 


“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, həmin şəxslər milli mənsubiyyətlərinə görə ABŞ-ın sanksiyalar siyahısına düşməyiblər: “Bunun həmin şəxslərin milli, yaxud ölkə mənşəyi ilə heç bir bağlılığı yoxdur. Bu şəxslər sırf Rusiyadakı fəaliyyətlərinə görə sanksiyaya məruz qalırlar”. Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmadığını xatırladan baş redaktor hesab edir ki, siyahıya düşmək azərbaycanlı milyarderlərin buradakı biznesinə hər hansı təsir göstərməyəcək: “Bir müddət əvvəl Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşündə əldə olunan razılaşmaya görə, tərəflər bir-birinə qarşı tətbiq olunan qeyri-legitim sanksiyalara qoşulmayacaqlar.  Düşünürəm ki, Azərbaycan indiyədək belə bir addım atmayıb, bundan sonra da atmayacaq. Bu isə o deməkdir ki, həmin milyarderlərin buradakı biznesinə hər hansı təhlükə yoxdur”.






Milli Məclisin üzvü, deputat Zahid Oruc bildirir ki, ABŞ-la Rusiya arasındakı münasibətlər SSRİ dağılandan bəri ən aşağı səviyyəyə düşüb: “Donald Trampın səlahiyyətləri idarəetmənin üçdə birinə bərabərdir. Ona görə də Rusiya əleyhinə yönəlmiş ən kəskin sanksiyaları belə imzalamağa məcburdur. Əks halda, özü impiçment təhlükəsi ilə üzləşəcək. Konkret ünvanlı sanksiyalara gəlincə, siyahı etnik-milli əsaslarla deyil, o milyarderlərin Rusiya siyasi hakimiyyətinə bağlılıq səviyyəsinə görə hazırlanıb. Məsələ burasındadır ki, o adamların belə bir bağlılıq olmadan, hakimiyyətin resurslarına söykənmədən bu qədər var-dövlət əldə etməsi qeyri-mümkündür. Dünyada elı bir biznes layihəsi yoxdur ki, qısa müddətdə milyarderə çevriləsən - Mark Zükerberq kimi nümunələr çox nadir rast gəlinir. Bu baxımdan, həmin milyarderlər dövlətin gücündən istifadə edib varlandıqları kimi, Rusiya dövləti əleyhinə yönəlmiş sanksiyaların obyekti olmaq ehtimalını da hər zaman göz altına almalıydılar”.






Deputatın fikrincə, yeni sanksiyaların əsas məqsədi yalnız Rusiya hakimiyyəti və ona bağlı şəxsləri iqtisadi baxımdan sıxışdırmaq deyil, həm də onların arasına nifaq salmaq, kimlərinsə ABŞ məxfi orqanları ilə əməkdaşlığına nail olmaqdır: “Ona görə də azərbaycanlı milyarderlər mərkəzdənqaçmaya meyllənməməli, Putinlə yaxın münasibətlərini saxlamalıdılar. Rusiya telekanallarındakı müzakirələrə baxdım. Bu müzakirələrdə siyahı sanki bir şərəf lövhəsi kimi dəyərləndirilirdi. Onlar düşünürlər ki, Putin siyahıya düşənləri bir qədər də mükafatlandıracaq. Yəni bu məsələnin onlara yalnız zərəri olmayacaq”.






Z.Oruc deyir ki, sanksiyaların siyahıda olan biznesmenlərlə əlaqə quran Avropa şirkətlərinə də tətbiq olunması azərbaycanlı milyarderləri öz vəsaitlərini Azərbaycana yönəltməyə təşviq edə bilər: “Biz, əlbəttə, qonşu dövlətin sanksiyalara məruz qalmasının tərəfdarı deyilik. Lakin bu sanksiyalar milyarderlərin öz vəsaitlərini Azərbaycana yatırması üçün əlverişli imkanlar yaradacaq”.


 


Milli Məclis üzvü Azərbaycanın sanksiyalara qoşulması qeyri-mümkündür: “Baxmayaraq ki, ABŞ-ı idarə edən qırğıların bir məqsədi də Azərbaycan kimi ölkələrlə Rusiyanın münasibətlərini korlamaqdır, bizim bu sanksiyalara dəstək verməyimiz qeyri-mümkündür. Bu, bizim üçün çox böyük problemlər yarada bilər”.(musavat.com)

Teqlər:
Bu xəbər cəmi 2225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR