Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Mənəviyyatımız mətbuatsız da məhv olub, mətbuatın özündə də mənəviyyat qalmayıb"


Azərbaycanda mənəvi dəyərlərin aşınmasında açıq-şəkil fotolar, intim xarakterli informasiyalar və s. dərc edən mətbuat orqanlarının darol aldığı, bu qorxulu tendensiyaya öz “töhfəsini” verdiyi ilə bağlı ittihamlar səslənməkdədir. Maraqlıdır, əxlaqi dəyərlərin aşınmasında mətbuatın hansısa formada rolu varmı?


 


Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bu ittihamla razılaşmadığını vurğuladı:


 


“Mən 4 il bundan öncə bir yazı yazmışdım. Məqalənin adı “İtirdiyim kitab” idi. Həmin məqalədə məcburi köçkünlərimizin ağır həyatından, onların çətin şərtlər altında yaşamasından bəhs etmişdim. Bizim ən az azından 200 min Ermənistandan köçkünümüz oldu. Təxminən bir milyon da ümumən qaçqın və köçkünümüz var. Bunların böyük əksəriyyəti düşərgələrdə, çadırlarda yaşadı. Onların övladları da çadırlarda dünyaya gəldi. Hansı ki, bu ortamda mənəvi dəyərləri qorumaq, bu prinsipləri gözləmək daha çətindir. 


Unutmayaq ki, mətbuat sadəcə baş verənləri əks etdirir. Bizdə adətən media “filankəsin çılpaq şəkilləri” başlığını yalandan yazır. Girib xəbərə baxanda görürsən ki, şəkildəki şəxsin qolu dirsəyə qədər bağlıdır. Dirsəkdən aşağı açıq olduğu üçün bunu çılpaq şəkil adlandırırlar. 


Mənəviyyatımız mətbuatsız da məhv olub. Mətbuatın özündə də mənəviyyat qalmayıb. 


Mətbuat cəmiyyətin güzgüzsüdür. Cəmiyyət mətbuata təsir göstərir. Mətbuat cəmiyyətə təsir etməyə çalışsa da, bu bir nəticə vermir. Bunu da unutmayaq ki, əgər kimsə görmək istədiyi nəyisə görmək istəyirsə, Rusiya, Amerika və s. ölkələrin saytlarına da daxil ola bilər. Ona görə də yerli mətbuatı bu məsələdə günahlandırmaq mənasızdır”.

Teqlər:
Bu xəbər cəmi 2300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR