Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Adların melodiyası - Adınızdakı gizli xarakterinizi öyrənmək üçün OXUYUN

Adların melodiyası - Adınızdakı gizli xarakterinizi öyrənmək üçün OXUYUN


Adların insan həyatına təsirini və hərflərin sirlərini ilk dəfə yəhudilər təhlil və analiz edib.



Bununla bağlı bir sıra dövlətlərin müxtəlif araşdırmaları mövcuddur. Adların və adlardakı hərflərin insan həyatına təsirini zamanla ərəblər də təsdiqləyib. Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün millətlər bu elmlə yaxından maraqlanır. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" deyəcək qədər güclü bir inanca sahib idilər.



Qədim türk dünyasında da dastan və rəvayətlərdən göründüyü kimi, ad seçimi  əhəmiyyətli hesab olunub. "Dədə Qorqud" dastanında da adları məhz Dədə Qorqudun qoyması bir daha sübut edir ki, ad verməyin məsuliyyəti ağır olub.



Azərbaycanda son illər ərzində uşaqlara ən çox qoyulan adlar sırasında Yusif, Əli, Hüseyn, Məhəmməd, Zəhra, Nuray, Fatimə, Aylin və Zeynəb öndə gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin təxminən 90%-i islam dininə itaət edir.



 



Hz. Peyğəmbər Əfəndimiz (s.ə.v.) buyurub ki, övladlarınıza gözəl adlar qoyun ki, onlar yaxşı insan kimi yad olunsunlar.



"Qiyamət günü sizlər özünüzün və atalarınızın adları ilə çağırılacaqsınız".



Fərz olunur ki, elə buna görə ərəb ölkələrində adlar mürəkkəb olur. Şəxsin ad və soyadı "ibn" (oğlu) birləşməsi ilə göstərilir.



İslamda qısa müddətdə yeni doğulan uşağa ad qoymaq anaların və ataların ən vacib vəzifəsi kimi göstərilir. Uşağa verilən ad həm bu dünyada, həm də axirətdə keçərli hesab olunur. Əgər Allahın adlarını insanlara qoymaq istəsəniz, həmin adın qarşısına mütləq "Əbdül" sözünü artırmalısınız. Məsələn? Kərim, Əziz adlarının qarşısına "Əbdül " əlavə edib "Əbdülkərim, Əbdüləziz" olaraq işlədə bilərsiniz.



Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Ayşə, Fatimə, Zeynəb, Xədicə, Cəmilə, Zəhra Peyğəmbərin insanlara təklif etdiyi adlar sırasındadır.



Elm adların insan həyatına təsirini çoxdan sübut edib. Belə ki, həm adlardakı hərflər, həm adın mənası və səs vibrasiyası deyilən anlayış insanın qədərinə birbaşa təsir göstərir. Hərflərin adlardakı rolu və mənası ilə bağlı elm "xüruf" elmi adlanır.



Psixoloqlar qeyd edirlər ki, hər adın xüsusi səs vibrasiyası vardır. Bunu "adların melodiyası" da adlandırırlar. Bu səs vibrasiyası beynin müxtəlif hissələrində müvafiq qıcıqlandırmalar əmələ gətirir ki, bu qıcıqlanmaların nəticəsində insan uşaqlıqdan öz daxili ruhi vibrasiyalarını adının emosional vibrasiyaları üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq, insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Hər bir ad müxtəlif dillərdə müxtəlif cür səslənir. Seçilən ad mütləq şəkildə yaşadığınız yerdə səlis və həzin səslənməlidir ki, bu, insan beyninə, o adı daşıyan şəxsə müsbət enerji ötürsün.



Tədqiqatçı Nicat Səmaviyə görə, eynən bürclərdə olduğu kimi, hərflərdə də su, hava, od və torpaq ünsürləri var. Və bu hərflər hamısı müəyyən ünsür qruplarına daxildir.



Od ünsürü hərfləri - z, ş, f, g, y   

Hava ünsürü - k, h, r, c, j

Su ünsürü -  b, p, d, t, s

Torpaq ünsürü - l, m, n



Araşdırmalara əsasən, adında "ç, ş, ğ" və nöqtəli "ö, i, ü" hərfləri olan insanlar daim bəzi həyati problemlər yaşayırlar. Bu problemlər iqtisadi, sağlamlıq və ya ailə problemləri də ola bilər. Adında "Gül" hecası olan (Gülşən, Gülnar, Gülay) insanlara diqqət yetirsəniz, bu insanların, adətən, əyləncəsiz bir həyat yaşadığını görə bilərsiniz. Çünki ikinöqtəli hərflər məyusluq və müəyyən problemlər gətirir. Əlavə olaraq da, hecanın ilk hərfi "G" ilə başlayarsa, bu təsiri daha da artırır. "V" hərfi ilə yanaşı "re", "ra" hecaları olanlar isə pul yığmaqda daim çətinlik çəkirlər.



Adında "r, l, n" hərfləri olan insanlar xoşbəxt taleli, "s, ş, z" hərfləri olanlar isə fədakar və sevgi dolu olurlar. Adı  "r" və "t" kimi sərt hərflərlə sonlanan  insanlar eynən sərt xarakterə sahib olurlar.



Tədqiqatçının fikrincə, adlardakı hərflər yalnız insanın taleyinə deyil, onların sağlamlıq vəziyyətinə də təsir göstərə bilər.



Belə ki, adda "A" hərfi çox olarsa, qan dövranı ilə bağlı xəstəliklər daha çox yaşana bilər. Əgər "E" hərfi çoxdursa, həmin şəxs tənəffüz orqanları xəstəliklərindən özünü qorumalıdır.



Nicat Səmavi araşdırmalarında qeyd edib ki, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşaqların taleyinə necə təsir edəcəyini öyrənmək vacibdir. Ad seçərkən hərflərin ardıcıllığına, sayına, nöqtəli və quyruqlu hərflərə fikir vermək və seçilmiş adın valideynlərin adına uyğunluğuna diqqət yetirmək lazımdır. Əslində isə heç bir hərfə yaxşı və ya pis deyilməsi düzgün deyil. Çünki hamısının xüsusi enerjisi vardır ki, bu enerjilərdən həm  müsbət, həm də mənfisi mövcuddur. Lakin bəzi hərflərin ağır tale yaşada biləcəyi də inkar olunmazdır. Məsələn, "ü, ö, ğ" bu qəbildən olan hərflərdir.



Mütəxəssislər qeyd edirlər ki, insan istənilən zaman adını dəyişərsə, bu, onun taleyinə də təsir göstərə bilər. Seçim insanın öz əlindədir. Kim hansı adı seçərsə, o taleni də yaşayar.



Psixoloq İbrahim İbrahimov modern.az-a adlarla bağlı danışarkən deyib ki, ad insanı deyil, insan özü adı ucaldır: "Hər bir insana ad uşaqkən iradəsinə zidd qoyulur və zaman keçdikcə insan bu adı müqəddəs hesab edir, doğrultmağa çalışır. Tarixə və reallığa nəzər salsaq, görərik ki, bizim tanıdığımız qəhrəmanlar və tarixi şəxsiyyyətlərin bir çoxunun adı  əvvəllər məşhur olmayıb. Məsələn: Babək, Koroğlu, Stalin, Hitler, Spartak və s. Bir insanlara başqa adlar da qoyulsaydı, onlar öz davranışları ilə həmin adları məşhurlaşdıracaqadılar".



Akrofonoloq (adları araşdıran) Kamal Haluk isə adların insanların karyerasında çox təsirli olduğunu söyləyir.



Məsələn "k" hərfi karyeranı təmsil etdiyi üçün, adında bu hərf olan şəxslər karyeralarında uğurlu olurlar. Adında "d" hərfi olanlar isə işlərində güclü, mübariz hesab edilirlər.



"L" hərfi bədii yaradıcılıq, "a və b" satış və marketinq, "m və a" sərbəst ticarət, "z" araşdırma və ixtira, "i və p" psixologiya sahəsində işləyən insanlar üçün ideal hərflər hesab olunur. Və adlarında bu hərflər keçən adamlar qeyd olunmuş müəyyən sahələrdə uğurlu olurlar.



Adlarınızdakı gizli xarakterinizi öyrənmək üçün adınızda keçən hərflərin mənasını oxuya bilərsiniz:



A: Düşüncə bacarığı və məntiqi güclü olan insanlar.



B: Öncəgörəndirlər, hadisələr qarşısında heç vaxt ümidlərini itirməzlər.



C: İncənətə meylli, duyğusal insanlar.



Ç: Zövqlü və zövqü sevən insanlar.



D: Üstün zəkanı təmsil edir; iddialı və mübarizdir.



E: Bu insanlar kədər və sevinc hisslərini bərabər yaşayır.



F: Sakit şəxsiyyəti ifadə edirlər, zərif və etibarlıdırlar.



G: Güclü şəxsiyyət, gərginlik və üstün zəkaya sahib olmaq istəyi.



H: Sakit, dəyişməz şəxsiyyət.



İ I: Həssas, emosional və küsəyən.



J: Kaprizli və qısqanc şəxsiyyət.



K: Müvəffəqiyyətli, həmişə yüksələn şəxsiyyət.



L: Sənətçi, istedadlı şəxsiyyət.



M: Ticari və yüksək kəşfiyyat qabiliyyəti.



N: Üstün səlahiyyətli şəxsiyyət.



OÖ: Sirlidirlər, gizliliyi sevirlər, duyğularını açmaq onlar üçün asan deyil.



P: Özünə inamlı.



R: Qərar qəbul etməkdə daimi çətinlik.



SŞ: Xəyalpərəst



T: Duyğularını açmaqda çox çətinlik çəkirlər.



UÜ: Onlar işlərini yavaş aparırlar, ləngdirlər.



V: Vecsiz insanlar.



Y: Keçmişdəki izlər, kədərlər və digər hadisələr daim onunladır, keçmişini heç vaxt unutmur, güclü şəxsiyyət strukturları vardır.



Z: Elmlə məşğul olan, oxumağı sevən, akademik tip.



Ailələrdə bəzən qız övlad istədikləri vaxt oğlan dünyaya gəlir və ya əksinə. Buna əsaslanaraq valideynlər oğul övladlarına daha incə və ya qızlara kobud adlar qoyurlar. Adını doğrultmağa çalışan insan üçün isə bu yaxşı nəticələr vermir. Həm qızlara, həm oğlanlara qoyulan adlar isə son zamanlar ümumiyyətlə psixoloqlar tərəfindən tövsiyə olunmur. Bu, uşağın cinsi inkişafına mənfi təsir göstərir.



Sevinc adlı bir gəncin adı ilə bağlı açıqlaması: "Adımın həyatıma təsirinin şahidi olmamışam, hətta əks təsiri olub da deyə bilərəm. Lakin adımı dəyişərək Layla qoymuşam. Fərqli ad olduğundan insanların diqqətini daha tez çəkə bilirəm. Və bu addan sonra düşünürəm ki, karyeramda daha uğurluyam".



Xoşbəxt adlı 44 yaşlı qadın isə qeyd edir ki, o, heç vaxt xoşbəxt olmayıb.



18 yaşlı Turan adlı gənc qız isə ona oğlan adı verilməsindən narahat olduğunu qeyd edir.



"Adımı dəyişib Turanə qoymaq istəyirəm. Turanə hər nə qədər mənasız səslənsə də, bundan daha yaxşı hesab edirəm. Uşaq vaxtı o qədər lağa qoyurdular ki, mən də özümü kişi kimi aparmağa çalışırdım. Qeyd edim ki, mənim saçlarım da həmişə qısa olub, məhz oğlanlarda olduğu kimi".



Psixoloq İbrahim İbrahimovun sözlərinə görə,  bəzi insanlar səhv inanca sahib olaraq, adların onlara nə isə qazandıracağını düşünürlər.



"Kimsə adını Uğur qoyur ki, uğur gətirsin, Ziynət qoyur ki, var - dövlət qazansın. Mənim fikrimcə,  adların insan həyatına təsirinin heç bir məntiqli izahı yoxdur. Ad daha çox həmin insanın valideyinlərinin psixologiyasından və istəklərindən xəbər verir".



Ad, soyad və ləqəbinizi istifadə etdiyiniz zaman çox uzun olduğunu düşünməyin. Araşdırmaçılar qeyd edir ki, 8 addan istifadə etmək daha yaxşıdır. İspanların və portuqalların adları çox fərqlidir, onların 8-9 adları olur. Bunu da onunla əsaslandırırlar ki, daha çox ad və hərf olarsa, enerji də bir o qədər çoxalar. Və adları olduğundan fərqli tələffüz etmək doğru hesab olunmur, bununla addakı enerjini birə beş azaltmış olursunuz. Məsələn Zeyno, Əliş, Fatoş adlı şəxslər daim bu cür çağırıldıqda onların enerjisi alınmış olur.



Valideynlər uşaqlarına ad qoyarkən diqqət etməlidirlər ki, qoyduğu adlar fəxr ediləsi adlar olsun. Və onu doğrultmağa çalışan zaman bu yaxşı nəticə versin. Bir sıra əsərlərdə də qəhrəmanların adlarının xarakterə uyğun seçilməsi təsadüfi deyil. Elə Mübariz İbrahimovun heç kimin davrana bilmədiyi qədər mübariz davranıb, Milli Qəhrəman olması da bir daha sübut edir ki, adımız taleyimizdir.


Teqlər:
Bu xəbər cəmi 2535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR