Milli Məclisin növbədənkənar sessiyasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməsinin müzakirəsi qalmaqalsız ötüşməyib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili İqbal Ağazadə AP-nın qətnaməsi ilə bağlı çıxış etmək istəsə də, ona söz verilməyib. Millət vəkili çıxış üçün təkid etsə də spiker Oqtay Əsədov bildirib ki, o, İqbal Ağazadənin sözünü heç vaxt kəsməyib:
"Amma bu gün sözügedən qətnamə ilə bağlı müzakirə bir saatdan çoxdur ki, davam edib. Bu qədər kifayətdir".
İqbal Ağazadə buna etiraz edərək zalı tərk edib. Oqtay Əsədov millət vəkilinə "İntizam Komissiyası var, get, şikayət et məndən"-deyib.