Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MÜƏLLİMLƏR İNSTİTUTUNUN FİLİALINDA QALMAQAL

MÜƏLLİMLƏR İNSTİTUTUNUN FİLİALINDA QALMAQAL
RÜŞVƏT MƏSƏLƏSİ BÖYÜYÜR TİA.AZ xəbər verir ki, Azərbaycan Müəllimlər Institutu Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan və sonradan davaya çevrilən mübahisədən sonra bəzi məlumatlar üzə çıxıb. Xatırladaq ki, AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə yaranmışdı. Şəhərin adlı-sanlı riyaziyyat müəllimlərindən olan M.Hümbətovla tədris hissə müdiri arasında dava arasında dava hər ikisinin xəsarət almasıyla nəticələnmişdi. Saytımıza institutdakı mənbədən daxil olan məlumatlara görə, hadisəyə imtahan biletləri və onların cavablarının öncədən tələbələrə satılması səbəb olub. Məlumata görə imtahan biletləri öncədən hazırlanaraq təhsil müəssisəsinin 600-ə yaxın tələbəsinə satılıb. Onların qiyməti barədə ziddiyyətli rəqəmlər göstərilir. Qeyd edək ki, hadisədən dərhal sonra həm M.Hümbətov, həm də V.Quliyev faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Polis rəisi rəisi, polis polkovniki Ələsgər Bədəlov “Azadlıq” Radiosuna açıqlamasında faktın doğru olduğunu təsdiqləyib. Ə.Bədəlovun sözlərinə görə, qeyd olunan faktla bağlı şöbəyə ərizə daxil olub, hazırda araşdırma davam etdirilir. Hər iki şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Mingəçevir şəhər şöbəsinindən müvafiq rəylər alıblar. AMİ Mingəçevir filialının direktoru vəzifəsini icra edən Xatirə Həsənovanın müəllimlər arasında rüşvət alma üstündə yaranan dava dalaşa münasibəti belə olub: “Hadisə şənbə günü - hər iki müəllim çayxanada nərd oynayarkən baş verib. Sözləri tərs düşüb və bir-birini itələyiblər. Burada başqa söhbət yoxdur”. Xatırladq ki, 2011-2012-ci tədris ilinin yay imtahan sessiyası dövründə ölkənin ali və orta ixtisas təhsili müəssisələri arasında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə ən çox şikayət və müraciət edənlərin siyahısında Azərbaycan Müəllimlər Institutu Mingəçevir filialının adı liderlər sırasında olub. Maraqlıdır ki, rüşvətin tüğyan etdiyi bu təhsil ocağnda baş verənlərlə bağlı ölçü götürülmür. Bunun səbəbini isə qəzetimizə institututun müəllimlərindən biri belə izah edib: “Müəllimlər İnstitutunun direktoru Aqiyə Naxçıvanlı millət vəkilidir. Həmçinin, onun həyat yoldaşı Hüseyn Mənsumov Prezident Administrasiyası Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbərinin müavinidir. Mingəçevir filialının rəhbəri də bu adamları arxasında görüb, rüşvəti aradan qaldırmır. Ona görə də institutda bildiklərini edir. Bu gün yay imtahanlarında tələbələrdən açıq şəkildə rüşvət yığılır”. Mənbə iddia edib ki, Xatirə Həsənova bu vəzifəyə gəlməsi üçün Aqiyə Naxçıvanlıya 200 min manat rüşvət və Bakı şəhərində 4 otaqlı mənzil verib. TİA.AZ xəbər verir ki, açıqlamasında Aqiyə Naxçıvanlı Xatirə Həsənovanın ona rüşvət verməsi barədə iddiaları təkzib edib: “Xatirə Həsənova səhv edib, mənə rüşvət verə bilər. Biz hazırda Mingəçevir Filialında yoxlamalar aparırıq. Elmi Şuranın qərarı ilə Monitorinq Qurupu oradadır. Heç bir rüşvətdən, özbaşınalıqdan söhbət gedə bilməz. Mənim həyat yoldaşımın adının bu məsələlərə qoşulması mədəniyyətsizlikdir. Həyat yoldaşım niyə mənim arxamda durmalıdır? Hanı dövrdə yaşayırıq? İşimi düzgün aparıramsa, kənar dəstəyə niyə ehtiyacım olsun. Xatirə Həsənova orada müvvəqqəti olaraq, bu vəzifəni icra edir”.

Teqlər:
Bu xəbər cəmi 1585 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR