Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva universitetin tələblərinin imtahanda hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.
BAKU.WS-in məlumatına görə, rektor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, universitetdə belə bir şey olmayıb:
“Bizim imtahanlarımız birinci gündən başlayacaq. Bu günə kimi cəmi iki imtahan olub. Nə oldu elə, iki imtahan olan kimi o saat nəsə yayıldı?! O başqa universitetlərə aid ola bilər. Bizdə belə bir şey yoxdur. Bilmirəm, bunu yalandan yazırlar yoxsa necə yazırlar?
Səhər tezdən zəng vurub deyirsiz ki, uşaqlar “şparqalka”dan istifadə edib. Böyük iş olub elə bil. İmtahanda uşaq “şparqalka”dan da istifadə edər, çıxış üçün yüz dənə yollar da tapar. Nə olsun? Siz oxuyanda “şparqalka”dan istifadə etməmisiniz? Özünüzdən əfsanə düzəltməyin. Elə şey olmayıb. Yox bir qələmlərin üstünə nəsə ediblərmiş. Guya, qələm sifariş ediblər üstünə “şparqalka” yazmağa. Siz də ki sensasiya axtarırsınız. Kim nə paylaşdı tutun yazın. Vəkillərin öz işləri qurtarıb elə bil. İndi də “şparqalka”dan yazmalıdırlar”.
Qeyd edək ki, vəkil Aqil Layıc sosial şəbəkədə universitetin Filologiya və Xarici dil Müəllimliyi Fakultəsinin tələbələri (rus bölməsi), Nizami Gəncəvinin yaradıcılığı mövzusunda keçirilən imtahanda cavabları qələmlərin üzərinə yazdığı barədə məlumat yayıb.