Redaksiyamıza Binəqədi rayon sakini Rzayev Fikrət İbrahim oğlu tərəfindən muraciət daxil olmuşdur.Şikayəyçi bildirir ki,18.11.2012-ci il tarixində idarə etdiyi 90 HG 219 dövlət nömrə nişanlı, 07 -markalı maşını idarə edərkən DYP-nin əməkdaşları tərəfindən ona saxlama işarəsi verilmişdir.
Stasionar post olmadığından və qayda pozuntusu etmədiyi üçün idarə etməni davam etdirmiş,DYP-nin əməkdaşları idarə etdikləri
90 YP 630 dövlət qeydiyyat nişanlı Hyunday Tukson markalı avtomaşınla onun maşınının qabaq hissəsindən vuraraq saxlatdirdiqlarını bildirir.Bundan sonra Rzayev Fikrər DYP-si əməkdaşları tərəfindən Apşeron rayon şöbəsinə gətirilir.
Şöbədə Rzayev Fikrətlə DYP əməkdaşı Qasımov Vüqar arasında baş verənlərin ciddiliyini nəzərə alıb,araşdirilmaya ehtiyaç olduğunu qərara aldıq.Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini öyrəndikdən sonra içtimayətə və aidiyyatı qurumlara insidentin təfərrüatını çatdıracağıq.