ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Rusiyaya nüvə arsenalını azaltmağı təklif edib və 2016-cı ildə Şimali Amerikada bu problemlə bağlı sammitin keçiriləcəyini xatırladıb.
"Rossiya 24 telekanalı”nın yaydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin isə strateji dayandırma sisteminin balansının pozulmasının və Rusiya nüvə qüvvələrinin effektivliyinin azalmasının yolverilməz olduğunu deyib. Yeni strateji hücum silahları haqda müqaviləyə əsasən, Moskva və Vaşinqton 7 il ərzində nüvə başlıqlarının ümumi sayını 1550 ədədədək azaltmalıdır.