Tehranda geyim qaydalarını pozan şəxslər artıq həbs edilərək məsuliyyətə cəlb olunmayacaqlar.
“Yenimeydan.info” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Tehran polisinin rəhbəri, general Hüseyn Rəhimi açıqlama verib.
O bildirib ki, əxlaq polisi reydlər zamanı başını örtməyən qadınları polis şöbəsinə aparmayacaq.
Generalın sözlərinə görə, İslam geyim qaydalarına əməl etməyənlər məcburi qaydada mühazirəyə dəvət olunacaqlar. Əxlaq polisi tərəfindən təşkil olunan mühazirələrdə qaydanı pozanlara İslam qaydası ilə geyinməyin faydaları və mənəvi dəyərləri haqqında danışılacaq. Bir sözlə, polis bu məsələni zor gücü ilə deyil, təbliğat yolu ilə həll etməyə çalışacaq.