Daim inkişaf edən və dəyişən “Delta Qrup C.O.” MMC hər keçən gün təkmilləşərək böyük təcrübə qabiliyyəti ilə qısa müddətdə çox böyük nailiyyətlər əldə etməkdə davam edir. Şirkət daima Azərbaycanda yerli istehsalın inkişafına dəstək vermək üçün çalışır. İstehsalata yeni texnologiyalar əlavə etməklə daha keyfiyyətli və daha uğurlu məhsullar yaratmağa nail olub.
“Qafqazinfo” xəbər verir ki, şirkət bu ilin sentyabr ayında öz portfelini genişləndirərək yeni ODAD brendinin makaronlarını bazara çıxarıb. ODAD brendi adı altında ilkin olaraq müxtəlif çeşidlərdə makaron istehsalı başlanılıb. Gələcəkdə isə bu brend adı altında dənli bitkilər,paxlalı bitkilər, un və s. məhsulların istehsalına da başlanılacaq. Məqsəd təkcə yerli bazar üçün yox həm də xarici ölkələrə ixrac edilə bilinəcək məhsullar, markalar yaratmaqdır.
Müasir bir dizayn ilə hazırlanan “ODAD” markası boyasız və əlavəsiz yumşaq şüşəvari buğda irmiyi və əla növ unundan hazırlanan çeşidli makaronlarını sizlərə təqdim edir.
Hal hazırda ODAD markası adı altında 500 qr və 5 kq olmaqla 9 müxtəlif çeşidli makaronlar istehsal edilir:
ODAD Vermişel Makaron
ODAD Burğu Makaron
ODAD Qələmkəsmə Makaron
ODAD Boruvari Makaron
ODAD Balıqqulağı Makaron
ODAD Çelentano Makaron
ODAD Dəvəboynu Makaron
ODAD Pipik Makaron
ODAD Spagetti Makaron
İnanırıq ki, yeni məhsullar dad və keyfiyyət olaraq ürəyinizcə olacaq.