Suriyada Əsəd ilə davam etmək mümkün deyil. O, dövlət terroruna səbəb olan terrorçudur. Bir milyon insanı öldürdü. Suriyada dinclik yoxdur və Əsəd ilə bu sülh olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Tunis prezidenti ilə birgə mətbuat konfransında deyib.
Qüds böhranı ilə bağlı danışan Ərdoğan “Qüdslə bağlı A-B-C planlarımız var” sözlərini işlədib.