"Amerika Birləşmiş Ştatları dollarla satın almağa ölkə axtarır, ancaq heç bir ölkə pulla öz iradəsini Türkiyəyə qəbul etdirə bilməz".
Yenimeydan.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, BMT-də bu gün keçiriləcək Qüdslə bağı səsverməyə toxunaraq, qeyd edib ki, ABŞ səsverəcək ölkələri dolların gücü ilə təhdid edir: "Cənab Tramp, siz Türkiyənin iradəsini dollarla satın ala bilməzsiniz".
Ərdoğan bütün dünyaya çağırış edərək ABŞ-ın dollarlarına satılmamağa çağırıb.
Ərdoğan bu gün yenə də "Ərdoğanın əcdadları türklər Mədinəni müdafiə etməyiblər, onlar bu şəhəri soyublar" deyən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinə "barmaq" silkələyib:"
"Fəxrəddin Paşa və Mədinəni müdafiə edə bilməsək, belə özünü tanımayan adamlar ortaya çıxa bilər. Bu adam neft ərköyünüdür. Mənim əcdadım Mədinəni qoruyarkən, sənin əcdadın harada idi? Sən əvvəlcə bunun hesabını ver”.