Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputatla jurnalist "atışdı": "Bu trolları prezidentin yox, öz təbliğatına yönəldirsən, sən polis rəisi olanda..."

Deputatla jurnalist

"Bu deputat Adil Əliyevin nə qədər trolu var facebukda. Maraqlıdır ki, bu trolları prezident İlham Əliyevin yox, öz təbliğatına yönəldir, onlara nə qədər vəsait-pul xərcləyir. Deməli, siyasi iddiası var, nəyəsə hazırlaşır". 


 


Mia.az xəbər verir ki, bu sözləri Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədəki səhifəsində yazıb.


 


O sual edib ki, əgər Adil Əliyevin siyasi iddiası yoxdursa, niyə bu qədər özünü təriflədir: "Bu deputatın da preidentliyə namizəd olmasını eşitsəm, təəccüblənmərəm. Artıq heç nəyə təəccüb etmirəm".


 


Jurnalistin yazısına deputat Adil Əliyevin cavabı isə özünü çox gözlətməyib.


 


O, Eynulla Fətullayevə belə cavab verib: "Eynulla Fətullayev, yəqin ki, bilirsən, əgər bilmirsənsə, bil. Mən dünyaya göz açandan Heydeə Əliyevçi olmuşam, bu gün də Ilham Əliyevçiyəm. Allah nə qədər ömür verəcək, bilmirəm, ömrümün sonunadək Ilham Əliyevin siyasi kursunu dəstəkləyəcəm. Sonunadək dövlətimizin, hakimiyyətimizin , xalqımızın və cənab İlham Əliyevin sadiq və sabit əsgəri olaraq qalacam. Sən narahat olma, o trol deyib təhqir etdiyiniz insanlarla mən bir yerdə cənab prezidentimizin arxasındayıq.






O ki qaldı təbliğata, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdu, onun dövlətimiz, ölkəmiz üçün gördüyü işlər ən böyük təbliğatıdır. Mənim dünya malında, bər-bəzəyində gözüm yoxdur...".






Deputatın jurnalistə bu cavabı isə gərginiyi bir qədər də artırıb.


 


E.Fətullayev Adil Əliyevin şərhinə cavab olaraq yazıb ki, özü qəsdən deputatın tərəfdarlarının patriotik düşüncələrini silmir: 


 




 


"Yəqin siz onlara belə tərbiyə verirsiz. Çox pakizə. Olsun. Amma mən sizin haqqınızda hələ heç nə yazmamışam. Yaza bilərəm. Xəcalət hissi keçirərsiz. Bəlkə də keçirmərsiz. Necə ki, Bayılda şərikiniz dələduz Əli Həsənovla gecə saatlarında camaatın başına dam uçurandan sonra keçirmədiniz!!! Heç zərrə qədər vicdan əzabı da keçirmədiniz... Eybi yox, gec-tez bu əməllərə görə qanun qarşısında cavab verəcəksiniz. Əmin olun!".


 


Jurnalist daha sonra deputata sərt mesaj göndərib: "Vallah Sizdən bir məqalə yazaram, elə Sizin Nərimanov polisində kriminal liderlərlə əlaqələrinizdən, mandatınızı yerə qoyarsız!


Həm də Sizin Nərimanov polisində fəaliyyətiniz dövründə kriminal aləmlə əlaqələrinizdən də yazaram. Onda görüm nə cavab verəcəksiniz! Azərbaycan çox kiçik ölkədir, hamının gözü açılandan bu günə qədər həyatı göz qabağındadır. Məcbur etməyin! Gedin camaatın pulunu verin!!!".


 


Qeyd edək ki, deputatla jurnalist arasında söz davası haqqın.az və virtualaz.org saytlarında Səbail rayonu ərazisində yaşayış binası tikən bir şirkətin camaatın başına açdığı oyundan bəhs edən yazı olub. Həmin yazıda adıçəkilən şirkətin Adil Əliyevə məxsus olduğu bildirilib. 


 


Deputat və tərəfdarları isə bundan sonra sosial şəbəkədə Eynulla Fətullayevə qarşı status və şərhlər yazıblar..  

Teqlər:
Bu xəbər cəmi 2415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR